Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqında tədbir Parlaq Qələbəmizin sədaları

Bəstəkarlar İttifaqında tədbir Parlaq Qələbəmizin sədaları

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli konsert salonunda şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “Parlaq Qələbəmizin sədaları” adlı tədbir keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti professor Firəngiz Əlizadə Qələbənin bayram edilməsi ilə bağlı bir sıra tədbirlərin təşkil olunduğunu bildirib və Vətən müharibəsindəki şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Respublika müsabiqəsi haqqında məlumat verib.

Xalq artisti Firəngiz Əlizadənin musiqisi əsasında Əməkdar incəsənət xadimi rejissor Cahangir Zeynallının “Zəfər yolu” filmi nümayiş olunub.

Tədbirdə şair, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani “Şeir və musiqidə vətənpərvərlik”, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Aytən Babayeva “Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusu”nda çıxış ediblər.

Bədii-musiqili hissədə isə bəstəkar Azad Zahidin “Qalib sərkərdəsi Azərbaycanın” (Söz: Abdulla Qurbani), Azərbaycanın Milli Qəhrəmanı polkovnik Riad Əhmədovun bacısı Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın “Bizim Vətən əsgəri” (söz: Əjdər Qiyaslı) mahnıları, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin işlənməsində və ifasında “Laçın” xalq mahnısı səslənib.

Tədbir bədii hissə ilə davam edib.

Videoformatda musiqiçi şəhidlərdən Rauf Əliyev, Xudayar Yusifzadə, Tamerlan Muradov və Toğrul Hacıyevin lent yazıları da təqdim olunub.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qeyd edib ki, musiqiçi şəhidlərin sənət şəcərəsi onların doğmaları tərəfindən davam etdirilir. Buna misal olaraq tədbirdə Toğrul Hacıyevin qardaşı Ülvi Hacıyev kamançada Əli Səliminin “Ayrılıq” mahnısını (Sevda Məmmədlinin müşayiəti ilə), şəhid Babək Ramaldanovun oğlu Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinin 6-cı sinif şagirdi Süleyman Ramaldanov isə Fikrət Əmirovun fortepiano üçün Ekspromt əsərini ifa ediblər.

Tədbirdə qazi Ramin Şabanov da çıxış edərək öz cəbhə xatirələrini poetik fikirlərlə ifadə edib.

Zəfər Bayramına həsr olunan bu möhtəşəm tədbir Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən şəhid ailələrinə və qazilərə təqdim olunan hədiyyələrlə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri