Icma.az
close
up
RU
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkarlar birgə xatırlanıb

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkarlar birgə xatırlanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı olaraq dahi Üzeyir Hacıbəylinin əziz xatirəsi yad olunur. Belə ki, müxtəlif konsert proqramları və elmi seminarlarda dahi sənətkarın irsinə müraciət edilərək onun əsərləri səslənir və yaradıcılığı haqqında tədqiqatçılar yeni araşdırmalar təqdim edirlər. Azərbaycan bəstəkarlıq məktəbində Üzeyir Hacıbəyli ilə yanaşı onun silahdaşı Müslüm Maqomayevin da mühüm xidmətləri var. Bəstəkarlar İttifaqının tədbirlərində bəzən bu görkəmli sənətkarlar birgə xatırlanır. Bu il onların hər ikisinin 140 illiyini nəzərə alınaraq “Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dan “Koroğlu”ya. Müslüm Maqomayev “Şah İsmayıl”dan “Nərgiz”ə” mövzusunda elmi konfrans təşkil olunub.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətində rolunu qeyd edib. Firəngiz Əlizadə Üzeyir bəyin bəstəkarlıq məktəbinin yaranmasında müstəsna xidmətlərini xüsusi vurğulayıb, bəstəkarın dostu, silahdaşı Müslüm Maqomayevin yaratdığı səhnə əsərləri barədə ətraflı söhbət açıb.

Konfrans iştirakçıları - sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Könül Nəsirova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin operalarında arxetiplər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Xatirə Həsənzadə “Üzeyir Hacıbəylinin publisistikasına bir nəzər”, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru Aytac Rəhimova “Musiqi mədəniyyətimizin zirvələri: Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin mirası”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin yaradıcılığında ənənə və novatorluq” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin muğam operalarında oxşar və fərqli xüsusiyyətlər” adlı məruzələrlə çıxış etdilər.

Konfransın bədii hissəsində bəstəkarın ölməz əsərləri – “O olmasın, bu olsun” operettasından Sərvərlə Gülnazın dueti (İfa edirlər: C.Cahangirov adına xorun solistləri Fidan Məmmədzadə və Pərvin Səfərov. Konsertmeyster: Əməkdar artist Nərgiz Əliyeva) və “Sənsiz” romansı (C.Cahangirov adına xorun solisti Emil Bağırzadə. Konsertmeyster: Əməkdar artist Nərgiz Əliyeva) səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri