Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə və ayain @ ayain

Bəxtiyar Vahabzadə və ayain @ ayain

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Gülyaz Əliyevanın "Xəmir" adlı yeni yazısını təqdim edir.

Müstəqillik. Necə də qürurverici və əzəmətli səslənir. İllərlə uğrunda can verdiyimiz, qəlbimizdə bəslədiyimiz arzularımız, zaman-zaman qanımızla suvardığımız azadlıq çiçəyimiz, nəhayət ki, çiçəklədi. Üçrəngli Azərbaycan bayrağı Bakıda – Qız qalası üzərində dalğalandı… Bundan gözəl təsəvvür olardımı ki, artıq həyata keçib?!…

Müstəqilliyimizdən artıq 30 ildən çox vaxt keçir. Azərbaycan qüdrətlənib, bölgədə öz sözünü deyən, Qarabağına sahib çıxan, düşməni və onun havadarlarını yerində oturdan bir dövlət olub. Bakı küçələrində bu düşüncələrlə gəzirəm. Amma payızın ilıq nəfəsi duyulan küçələrdə ətrafa baxdıqca gördüyüm mənzərələrdən ürəyim isinmir, sıxılır.
Niyə?
Çünki Bakıda Azərbaycanın yiyəsi ana dilinin hökmranlığını, qüdrətinı, çiçəklənməsini görmürəm. Əksinə, mağazaların, obyektlərin adlarında, reklamlarda şəstlə, əzəmətlə ucalan, işıq saçıb par-par parıldayan gəlmə dillər bərq vuraraq, sanki bir-iki yerdə kustar üsulla, səhv-sühv yazılaraq künclərdə köşklərə sığınan ana dilimə yanıq verir. Baxın küçələrə. Dörd bir tərəf möhtəşəm, çilçıraqlı, təmtəraqlı şəkildə işıqlandırılan keyfiyyətli lövhələrdə ingilis dilində yazılarla bəzədilib. Küçələrin adlarına baxırsan: “İstiqlal”, “Azərbaycan”, “Abbas Mirzə Şərifzadə”, “Məhəmməd Füzuli”, “Bəxtiyar Vahabzadə”, “Şıxəli Qurbanov”… və küçələrdəki obyekt və reklam yazılarına baxırsan:

CHARLİN VOFFEE

GLORİA JEAN’S

COFFEES

LİBRAFF

A BOOK İS A GİFT

YOY CAN OPEN

ayain @ ayain

CHURRO

vresh hot E tosty

GLORUA JEANS COFFEES

TPUSSARDİ

TİSSOT

COOKSHOP

– Сыроварня

…WAKEUP

Coffee – oddiction

The bagee bar

GOFFEE HORESE

SECOND CUP

FR DAY

WORLDTELECOM

PAUL RESTAURANT

MOA

LABISI beautychargere…

Nizami küçəsi ilə irəliləyirəm.”Tarqovı” küçəsi, Nizami küçəsinin bir hissəsi bura düşür. Yenə oxuyaq, görək Bakılıq, Azərbaycanlıq bir yazı görəcəyikmi?!

Bax, bu da Natəvanın heykəli! Qarabağda öz xeyirxanlığı, nəcibliyi ilə seçilən Xurşud Banu Natəvan. Yanındakı hündür binanın üstündəki yazını oxuyuram:

HARD ROCK CAFE BAKU

Bura ”İstiqlaliyyət” küçəsidir. Hələ ki, gözümə bir dənə də olsun anadilli reklam və ya obyekt adı dəyməyib.

…STARBUSKS

COFFEE

CHEF BAKU

RESTAURANT

Bu böyük geniş küçələrdə bir küncə qısılmış, zirzəmidə yerləşən, yuxarıda yox, ayaqlarımızın bərabərində yazılan “Xəmir xörəkləri” adında bir yeməkxana adından başqa bir ana dili kəlməsinə rast gəlmədim. “Xəmir” – bu doğma söz necə də təklənmiş görünür…

Əzəmətli bəzənmiş xarici yazıların kölgəsində bir yazı boylanır ətrafa: “Xəmir xörəkləri”…

Yadıma anamın xəmir yoğuranda gördüyü hazırlıqlar düşür… Anam xəmir yoğuranda üzünü, əllərini, biləklərini dirsəyəcən sabunlayıb yuyar, sonra salavatlayardı. Hər şey təmiz olmalı idi. Sonra sürtülüb yuyulmaqdan ağappaq ağarıb, par-par parıldayan xəmir teştini götürərdi. Teşt lap yuxarı qoyulardı, uşaqların əlləri dəyməyən yerə. Biz heç vaxt o teştə tozlu əllərimizi vurmazdıq. Çörək müqəddəsdir, onu harda görsək, öpüb gözümüzün üstünə qoyardıq. Belə öyrətmişdi nənəm bizə. O çörəyin hasil olduğu xəmirin yoğrulduğu teştə də əl vurmazdıq, bərəkəti qaçar deyə… Anam tərtəmiz yuyulub-ütülənmiş ağ qıyqacla başını çalardı ki, saçının tükü düşməsin. Duvağa, üzlük qabına, təndir şişinə uşaqların yaxın durmağa, əllərini vurmağa ixtiyarı yox idi. Təkcə təndir ağarandan sonra külfəni bağlamaq sevincini yaşayardıq ki, anamız bizə külfəni bağlamağa icazə verdi…

Ayağımın bərabərində yazılmış “Xəmir” sözünə baxıram və başımda bu xatirələr ayaqlarımı sürüyərək gedirəm… Beynimdəsə qırıq val kimi ancaq bu söz fırlanır: “…Ancaq Vətən çörəyi sizlərə qənim olsun!…”

Postmodernizm: sənət hadisəsi, yoxsa mədəniyyətin təhlükəli törəməsi? Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır... Dahi rəssamın səhvi bu cərəyanı yaratdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Noyabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri