Icma.az
close
up
RU
Milli şair Bəxtiyar Vahabzadə

Milli şair Bəxtiyar Vahabzadə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Bəxtiyar Vahabzadə xalqımızın yaddaşında təkcə böyük şair kimi deyil, həm də düşünən, oyadan və yol göstərən bir fikir adamı kimi qalıb. Onun poeziyası – istiqlal, vətən, ana dili, azadlıq və insanlıq ideyalarının səsidir. Hər bir misrasında həm ağıl, həm ürək, həm də vicdan danışır.

Vahabzadənin şeirləri sadəcə bədii söz yığını deyil, ruhun tərcüməsidir. Oxucu onun misralarında həm düşünür, həm duyur, həm də ruhən saflaşır. Şair sanki sözə can verir, onu nəfəsli, duyğulu bir varlığa çevirir.

Bəxtiyar Vahabzadənin poeziyası Azərbaycan xalqının ağrılı tarixini, milli faciələrini və qəhrəman ruhunu özündə yaşadır. Şairin “Gülüstan” poeması iki yerə bölünmüş Azərbaycanın dərdini təkcə tarixi fakt kimi yox, milli vicdanın yarası kimi göstərir. Vahabzadə üçün vətən sadəcə torpaq deyil – dildir, mədəniyyətdir, tarixdir, insanın öz varlığıdır. O yazırdı ki, bir xalqın coğrafiyası bölünsə də, ruhu bölünməməlidir.

Şairin yaradıcılığında ana dilinə məhəbbət xüsusi yer tutur. Onun məşhur “Ana dili” şeiri yalnız dil haqqında deyil, milli kimlik və mənəvi yaddaş haqqında poetik bir etirafdır. O, dili sadəcə ünsiyyət vasitəsi yox, xalqın ruhu, yaddaşı və qüruru hesab edirdi. “İlk dəfə uşaq “ana” deyir, dilin müqəddəsliyi də oradan başlayır”, – deyə yazan Vahabzadə dil sevgisini milli özünüdərkin təməli kimi görürdü.

Ancaq dəyərli şairimiz, təkcə vətən və dil mövzularına toxunmurdu. Vahabzadə həm də insanın daxili aləminə, varlıq və zamanın fəlsəfəsinə enirdi. “Ölüm olmur əbədi” deyərkən o, insanın bədəncə yox ola biləcəyini, amma xatirələrdə yaşadıqca ölmədiyini söyləyirdi. Onun fəlsəfi şeirləri oxucunu düşünməyə vadar edir: biz kimik, hara gedirik, necə yaşamalıyıq?

Bəxtiyar Vahabzadə həm də dramaturq və publisist idi. “İkinci səs” pyesində o, insanın vicdanı ilə qorxusu arasındakı gizli mübarizəni ustalıqla açır. Bu əsər sadəcə səhnə üçün deyil, həyatın özü üçün yazılmışdı. Vahabzadə göstərirdi ki, insan bəzən doğrunu bilir, amma qorxudan susur. Lakin vicdan susmur – o, içimizdə daim danışan “ikinci səs”dir.

Xalq şairi Bəxtiyar Vahabzadə ədəbiyyatımıza xəlqilik, sadəlik və səmimiyyət gətirdi. Onun dili xalq danışıq dilinin aydınlığı və təbiiliyi ilə zəngindir. Hər kəs şairin şeirlərində özünü, öz duyğusunu tapa bilir.

Həm də cəsarətli ziyalı olan Bəxtiyar Vahabzadə millət vəkili kimi fəaliyyəti dövründə də xalqın dili, mədəniyyəti və hüquqları uğrunda mübarizə aparırdı. Onun çıxışları təkcə ədəbi yox, ictimai çağırış xarakteri daşıyırdı. Vahabzadə inanırdı ki, ziyalı susmamalıdır – xalqın dərdini demək, söz demək, yön göstərmək onun borcudur.

Bəxtiyar Vahabzadənin yaradıcılığı milli poeziyamızda vətəndaşlıq ruhunun, istiqlal düşüncəsinin və mənəvi ucalığın simvoluna çevrilmişdir. Onun misraları bu gün də xalqı düşündürür, oyadır, birləşdirir. Bir Vətən müharibəsi iştirakçısı kimi deyə bilərəm ki, bu qələbənin qazanılmasında güclü idarəçiliyin, güclü ordunun nə qədər böyük rolu var idisə,  sözün gücü, sözün qüdrəti də  Zəfərin əldə olunmasında az rol oynamamışdı.  Üçrəngli bayrağımız azad olunan torpaqlarda dalğalandıqca Bəxtiyar Vahabzadənin  hələ illər əvvəl əzbərlədiyimiz misralarını söyləməmək əldə deyildi :

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim!

Bəli, illər keçəcək, zaman ötəcək, amma sağ ikən xalqının yanında olan  Bəxtiyar Vahabzadə kitablarda, misralarında, insanların qəlbində hər zaman yaşayacaq . Onun sözləri ilə böyüyən nəsillər vətənin mənasını, dilin dəyərini, vicdanın gücünü öyrənirlər. Şair özü bu dünyadan köçsə də, fikirləri əbədidir. Çünki o, sözün içində həm ruh, həm ağıl, həm də vicdan yaşada bilmişdi.

Bəxtiyar Əliyev

Ağcabədi Pedaqoji Kollecinin direktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri