Icma.az
close
up
RU
“Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib

“Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutudan məlumat verilib. Tədbiri açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 21 fevral tarixli Sərəncamını xatırladaraq bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Bəxtiyar Vahabzadənin 100 illiyi ölkə miqyasında qeyd olunur.

“Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm də milli düşüncənin, azadlıq ideyasının və mənəvi bütövlüyün bədii ifadəsidir”, – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya və miqyasına diqqət çəkib.

Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti təkcə xalq deyim və duyumlarının, folklor obraz, süjet və motivlərinin onun əsərlərindəki təcəssümü ilə məhdudlaşmır. Əslində, Vahabzadə yaradıcılığı kollektiv mədəni yaddaşın və xalq düşüncəsinin emosional-ekspressiv ifadəsi, fərdi performativ diskursudur. Çünki şairin yaradıcılığı folklorla yazılı ədəbiyyatın qovuşduğu nöqtədə formalaşaraq xalqın mənəvi dəyərlərinin və milli kimliyinin poetik təcəssümünə çevrilib.

Elmi sessiya Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti” mövzusunda məruzəsi ilə davam edib. Məruzədə XX əsr Azərbaycan ədəbiyyatının mənəvi yaddaşını formalaşdıran ən parlaq simalardan biri olan Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolu təhlil olunub.

Qeyd olunub ki, şairin yaradıcılığı üç əsas mərhələni əhatə edir. Birinci mərhələ ideoloji çərçivədəki mübarizə dövrünü əks etdirir və burada Bəxtiyar Vahabzadə sözün məhdudiyyət içində azadlıq axtarışına çıxır. İkinci mərhələ azad düşüncə və milli dirçəliş dövrünə həsr olunur; bu mərhələdə vətəndaşın öz Vətəninə, dilinə və tarixinə qayıdışı əsas ideya xəttini təşkil edir. Üçüncü mərhələ isə mənəvi simvolizmin poeziyası kimi səciyyələndirilir və burada söz, ruh və zaman anlayışları birləşərək şairin yaradıcılığında fəlsəfi bütövlük yaradır.

Professor Ramazan Qafarlı məruzəsində vurğulayıb ki, Bəxtiyar Vahabzadə həm dövrünün vicdanı, həm də xalqının ruh səsi kimi tarixə düşmüş sənətkardır. Onun poeziyası milli düşüncənin, mənəvi azadlığın və vətəndaşlıq məsuliyyətinin bədii təcəssümüdür. “Şairin “Gülüstan”, “İstiqlal”, “İki qorxu”, “Fəryad”, “Dar ağacı” kimi poemaları Azərbaycan milli kimliyinin və mənəvi suverenliyinin bədii-fəlsəfi manifestidir”, – deyə alim vurğulayıb.

Vahabzadə poeziyasını semantik, arxetipik, mifoloji-folklor, funksional, psixosemantik, poetik-fəlsəfi və semiotik-sinergetik aspektlərdə təhlil edən professor Ramazan Qafarlı qeyd edib ki, onun əsərləri “fikirdən fəlsəfəyə, duyğudan ideyaya” doğru yüksələn mənəvi spiral yaradır və Azərbaycan milli kimliyinin poetik manifesti kimi dəyərləndirilir.

Sonda məruzəçi vurğulayıb ki, Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, xalqın özünü dərk etmə prosesinin memarı, mənəvi enerjinin katalizatoru və sözün vicdanla qovuşduğu məqamın təcəssümüdür. Onun sənəti milli poeziyanın gələcəyinə yönəlmiş mənəvi enerji axını – “keçmişin yaddaşından doğan gələcək” kimi təqdim edilir.

İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova “Bəxtiyar Vahabzadə poeziyası folklor kontekstində” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan poeziyasında vətənpərvərlik ruhunun güclənməsində, şeirimizin sənətkarlıq imkanlarının genişlənməsində Xalq şairi Bəxtiyar Vahabzadənin xüsusi xidmətləri olub. Onun istər fəlsəfi məzmun daşıyan ahəngdar lirikası, istər insan talelərinin güzgüsü olan poemaları, istərsə də həyati konfliktlər əsasında qurulmuş pyesləri ədəbiyyatımızın parlaq bir səhifəsini təşkil edir. Çağdaş insanın taleyi və daxili aləmi haqqında incə duyğuların, narahat düşüncələrin tərənnümçüsü olan Bəxtiyar Vahabzadə hər şeydən əvvəl xalq ruhuna bağlılığı əsas meyar kimi götürmüş, qələmə aldığı hər bir əsərə məhz bu prizmadan yanaşmışdır.

“Bəxtiyar Vahabzadə poeziyasında özünü göstərən yüksək bədii ümumiləşdirmələr, zəngin şair təxəyyülü, sənətkarın demək istədiyi fikirlər xalq yaradıcılığı fonunda – onun obraz, motiv, süjet və qaynaqlarından bəhrələnməklə oxucu qarşısına mühüm sənət əsəri kimi çıxır”, – deyə məruzəçi çıxışını yekunlaşdırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova isə “Bəxtiyar Vahabzadə yaradıcılığında xalq deyimləri” mövzusunda çıxış edərək, şairin əsərlərində yer alan xalq deyimləri və atalar sözlərini təhlil edib. Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə xalq deyimlərindən yalnız sitat olaraq istifadə etməmiş, onları yenidən yaradaraq poetik biçimdə yeni həyat verib. Bu yanaşma şairin milli kimliyi qorumaq və xalq müdrikliyini gələcək nəsillərə çatdırmaq məqsədinə xidmət edir. “Onun əsərlərindəki atalar sözləri və məsəllər xalq ruhunun ifadəsi olan nümunələr kimi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında möhkəm bir körpü yaradır”, – deyə Gülsümxanım Hasilova vurğulayıb.

“Bəxtiyar Vahabzadə yaradıcılığında rəqəmlərin simvolikası” mövzusunda məruzə edən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasına orijinal üslub, dərin fəlsəfi məzmun və milli ruh gətirən görkəmli söz ustadıdır. Onun yaradıcılığında xalq ədəbiyyatı, folklor və mifoloji düşüncə ilə müasir poetik təfəkkürün sintezi xüsusi yer tutur. Şairin bədii irsində diqqətçəkən cəhətlərdən biri də rəqəmlərin simvolik mənada işlədilməsidir.

Bəxtiyar Vahabzadə rəqəmləri sadəcə say ifadəsi kimi deyil, poetik-fəlsəfi məna daşıyıcısı kimi təqdim edir. Onun “Azərbaycan oğluyam”, “Zaman”, “An-min il”, “Təlatüm”, “Təklik”, “Anamın kitabı” və s. kimi şeirlərində “bir”, “iki”, “üç”, “yüz”, “min” rəqəmləri dərin semantik çalarlar qazanır. “Bir” rəqəmi vəhdəti, bütövlüyü və milli birliyi; “yüz” və “min” rəqəmləri isə çoxluq, davamlılıq və sonsuzluğu simvolizə edir. Şair folklor ənənələrindən gələn bu simvolları poetik təfəkkürün bədii dilinə çevirərək həm milli, həm də ümumbəşəri ideyaları ifadə etməyə nail olur. Rəqəmlərin onun yaradıcılığında zaman, həyat, ölüm, vətən və insan anlayışları ilə əlaqəli işlənməsi Bəxtiyar Vahabzadə poeziyasının fəlsəfi-psixoloji dərinliyini artırır.

Elmi sessiyada, həmçinin Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova, Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Oruc Əliyev, Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova, Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova və Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova çıxış edərək Bəxtiyar Vahabzadənin bədii yaradıcılığının poetik xüsusiyyətlərinə, xalq ədəbiyyatı ilə əlaqəsinə və şairin əsərlərindəki milli dəyərlərin roluna dair dəyərli fikirlərini bölüşüblər.

Elmi sessiya Folklor İnstitutunda təcrübə keçən Xəzər Universitetinin IV kurs tələbələri – Nəzrin Şahsuvarlı və Fidan Bağırlının şairin yaradıcılığı barədə düşüncələri və səsləndirdikləri poeziya nümunələri ilə davam edib.

Sonda Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş elmi sessiyada təqdim olunan məruzələri yüksək qiymətləndirərək Çingiz Aytmatovun şair haqqında səsləndirdiyi məşhur fikri xatırladıb: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən”. Alim qeyd edib ki, bu sözlər Bəxtiyar Vahabzadə yaradıcılığının əsas mahiyyətini ifadə edən dəyərləndirmədir. Çünki onun poeziyasında xalqın dili, düşüncəsi və folklor yaddaşı bütöv bir mənəvi sistem kimi yaşayır və milli şüurun bədii ifadəsinə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see255

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see214

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see197

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see179

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see139

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see138

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see135

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see132

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see132

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see129

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see128

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see128

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see127

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri