Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda Bəxtiyar Vahabzadə və Türk dünyası adlı elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda Bəxtiyar Vahabzadə və Türk dünyası adlı elmi sessiya keçirilib

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Oktyabrın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Bəxtiyar Vahabzadə və Türk dünyası" adlı elmi sessiya keçirilib.

Mia.az-a verilən məlumata görə, elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bu il görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinin qeyd edildiyini söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzaladığını xatırladıb.

Akademik G.Baxşəliyeva Bəxtiyar Vahabzadənin Azərbaycanda milli ruhun formalaşmasında müstəsna rol oynamış şair olduğunu deyərək, onun daim öz bədii yaradıcılığında və çıxışlarında milli məsələləri, ana dili məsələsini qaldırdığını qeyd edib.

Şairin “Gülüstan” poemasının xalqın harayı olduğunu deyən G.Baxşəliyeva bu mövzunun onun yaradıcılığında mühüm yer tutduğunu deyib. Azadlıq carçısı Bəxtiyar Vahabzadənin 20 Yanvar şəhidlərinin dəfni zamanı səsini ucaltdığını deyən G.Baxşəliyeva onun “Şəhidlər” poemasının xalqın səsi olduğunu qeyd edib.

İnstitutun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu elmi sessiyada “Bir millətin haqq səsi - istiqlal şairi Bəxtiyar Vahabzadə” mövzusunda məruzə edib. Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyəti, zəmanəmizin böyük sənətkarı, xalq şairi, görkəmli ictimai xadim - BəxtiyarVahabzadənin anadan olmasının 100-cü il dönümündə sadəcə Azərbaycan xalqı deyil bütün Türk Dünyası tərəfindən ehtiramla yad edildiyini deyən S.Gündoğdu XX əsrin ikinci yarısında cərəyan edən hadisələrdə Bəxtiyar Vahabzadənin xalqın ruhu, düşüncəsi, mənəviyyatı, gələcəyi və istiqlalı üçün bütün varlığıyla mübarizə apardığını, öz istedadı ilə böyük bir nəslin yetişməsində mühüm rol oynadığını, yazdığı şeirləriylə əsarət altında çırpınan türklərin ümid çırağını yandırmaqla yanaşı bitib tükənməyən istiqlal arzusunu da gücləndirdiyini qeyd edib.

"Gülüstan" poeması ilə B.Vahabzadənin ədəbiyyat tarixi ilə yanaşı ictimai fikir tarixinə də daxil olduğunu deyən məruzəçi bu əsərin Azərbaycan xalqına istiqlaliyyətinin, milli-mənəvi dəyərlərinin unutturmaq istəndiyi bir dövürdə yazılması ilə çox önəmli olduğunu bildirib.

İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Bəxtiyar Vahabzadə yaradıcılığında milli təəssübkeşlik və istiqlal motivləri” mövzusunda məruzə edib. Bəxtiyar Vahabzadənin yalnız poetik istedadı ilə deyil, həm də dərin vətəndaşlıq mövqeyi, milli düşüncəsi və mənəvi dəyərlərə  bağlılığı ilə ədəbi isrsimizdə xüsusi yer tutduğunu deyən məruzəçi onun poeziyasını milli kimliyimizin, tarximizin, ana dilimizin, Vətən sevgisinin və mənəvi dəyərlərimizin güzgüsü olduğunu bildirib. Ötən əsrin 50-ci illərindən başlayaraq milli düşüncə tərzinin təbliğatçısı kimi yazıb-yaratmağa başlayan şairin bir çox əsərlərinin  zamanı qabaqladığını deyən M.Babaşlı, onun cəsarəti, qətiyyəti, dönməzliyi ilə istiqlal savaşı yolunda həmişə xalqın yanında olduğunu deyib və milli təəssübkeşlik və istiqlal motivlərinin yaradıcılığında necə əks olunmasından bəhs edib.

İnstititutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva “Bəxtiyar Vahabzadənin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı məruzə ilə çıxış edib. Şairin yaradıcılığında “Cənub” mövzusunun aparıcı xətlərdən birini tutduğunu deyən R.Rzayeva, onun yaradıcılığının ən erkən vaxtlarından sonuna qədər Azərbaycanın azadığı arzusu ilə yazıb-yaratdığını bildirib. Məruzəçi “Cənub” mövzusunun Sovet rejiminin ən kəskin dövründə belə bütün təzyiqlərə baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığında mühüm yer tutduğunu söyləyib. Bu mövzunu əhatə edən və Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Vətəndən Vətənə məktublar...” kitabının tərtibçisi və ön sözünün müəllifi olan R.Rzayeva bu kitabın yaxın günlərdə işıq üzü görəcəyini qeyd edib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri