Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin adına metro stansiyası açılacaq? TƏKLİF

Bəxtiyar Vahabzadənin adına metro stansiyası açılacaq? TƏKLİF

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Prezident İlham Əliyev görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, 2025-ci ilin avqust ayında mərhum Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Onun “Ana dili”, “Azərbaycan”, “Əsarət-azadlıq”, “Zaman” şeirləri yaddaşlarda iz buraxıb.

Bəs Bəxtiyar Vahabzadənin müasirləri onun 100 illiyinin necə qeyd edilməsini istəyir?

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Bəxtiyar Vahabzadənin tələbəsi olmuş yazıçı, deputat Aqil Abbas fikirlərini Modern.az saytı ilə bölüşüb. 

“Yəqin ki, Bəxtiyar Vahabzadənin 100 illiyi dövlət səviyyəsində, böyük tədbirlərlə qeyd ediləcək. Bunun üçün Mədəniyyət Nazirliyi konkret təkliflər verməlidir”, - deyə o bildirib. 

Aqil Abbas onu da vurğulayıb ki, Bəxtiyar Vahabzadə Azərbaycan xalqının dövlət müstəqilliyini ən çox təbliğ edən şair və müəllim olub, tələbələrin, ümumilikdə xalqın sevimlisinə çevrilib.

Aqil Abbas: Mən təklif edərdim ki, Bəxtiyar Vahabzadənin adına metro stansiyası olsun
“Prezidentin də Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı bunun sübutudur. “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakıda metro stansiyalarına yeni adlar verilməsi məsələsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Tədbirlər Planı"nda əksini tapıb. Mən təklif edərdim ki, Bəxtiyar Vahabzadənin adına metro stansiyası olsun. Metrotansiyalar məhz şairlərin, yaradıcı şəxslərin adına olmalıdır. Bəxtiyar müəllim də Azərbaycanın müstəqilliyini, suverenliyini istəyən şair idi, onun adı daim yaşamalıdır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri