Bəxtiyar Vahabzadənin oğlu Bakıdan köçdü: “Paytaxtda yaşamıram”
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş səfir İsfəndiyar Vahabzadə Bakını tərk edib.
Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbər görə, 72 yaşlı sabiq diplomat artıq uzun müddətdir paytaxtda yaşamır.
İ.Vahabzadə məlumatı təsdiqləyib.
“Mən uzun müddətdir Bakıda yaşamıram. Paytaxta nadir hallarda gəlirəm”, – o söyləyib.
Lakin keçmiş səfir Bakıdan niyə getdiyini və hazırda harada yaşadığını açıqlamaq istəməyib.
Qeyd edək ki, İsfəndiyar Vahabzadə 1954-cü ildə Bakıda anadan olub. 1997-1999-cu illərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri, 2005-2011-ci illərdə Moldova fövqəladə və səlahiyyətli səfiri və 2011-2016-cı illərdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















