Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub YAZDILAR
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin övladları – oğlu Azər və qızı Gülzar Vahabzadələr Prezident İlham Əliyevə məktub yazıblar.
Modern.az-ın məlumatına görə, məktubda deyilir:
“Çox möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
“Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamınıza əsasən bu il ölkəmizin müxtəlif yerlərində elm, təhsil, mədəniyyət ocaqlarında ən yüksək səviyyədə tədbirlər və konfranslar keçirilmiş, İstanbul şəhərində abidə ucaldılmışdır.
Bu ayın 13-də Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılıq yolunu ehtiva edən, onun əqidəsini, amalını tamamən əks etdirən möhtəşəm tədbir təşkil olunmuşdur. Bəxtiyar Vahabzadənin həyatında taleyüklü önəm kəsb edən böyük Qarabağ qələbəsinin də bu il yubileyidir. Qələbəmiz mübarək!
Sizə, göstərdiyiniz bu diqqət və ehtirama görə Vahabzadələr ailəsi adından öz dərin minnətdarlığımızı bildirib təşəkkür edirik.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi əzizlərinizlə bərabər ürəkdən təbrik edirik.
Hörmətlə,
Azər və Gülzar Vahabzadələr”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















