Icma.az
close
up
RU
Bəyanat dövlətlərarası münasibətlərin sabahlarına ümidi də ifadə edir

Bəyanat dövlətlərarası münasibətlərin sabahlarına ümidi də ifadə edir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dövlət müstəqilliyi bərpa edildikdən sonra dünyanın əksər dövlətləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yarandı, genişləndi, indi daha əhatəli şəkildə davam etməkdədir. Belə münasibətlər siyasi münasibətlər müstəvisində əksər sahələri əhatə edir. Belə dövlətlərdən biri də Slovakiyadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il dekabrın 8-də Slovakiya səfərində mətbuata verdiyi bəyanat da bu tezislərin təsdiqidir. Bəyanatda keçən il Slovakiya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığı, bu sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə nəzərə çarpacaq dərəcədə fəallıq yarandığı, ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra olunduğu, keçən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya göndərildiyi, Azərbaycanın Slovakiyanı ehtiyacları olan səviyyədə, istənilən həcmdə enerji resursları ilə təmin etdiyi bildirilən bu Bəyanatda deyilir ki, Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik.
Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəyanatda dünyanın nizamına dünyəvi münasibətdən, bu baxımdan buna Azərbaycanın xidmətlərindən də söz açıb: “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.
Bu gün dünyada ən böyük problemlərdən biri də enerji resurslarıdır. Müxtəlif səviyyələrdə, müxtəlif siyasi və iqtisadi müstəvilərdə həyəcan yaradan bu məsələ həmişə Azərbaycanın diqqət mərkəzində olub. İstər qonşulara, istərsə də ehtiyacı olan və bu ehtiyacı Azərbaycan vasitəsilə ödəmək istəyən dövlətlərə kifayət qədər böyük enerji potensialı olan Azərbaycan həmişə iqtisadi müstəvidə humanitar yardım göstərib. Bu baxımdan Azərbaycan dünyanın siyasi və iqtisadi münasibətlər sistemində öz mövqeyi olan bir dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezisləri Bəyanatda belə ifadə edib: “Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir.
Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyada mətbuata verdiyi Bəyanat təkcə Azərbaycan gerçəkliklərinin deyil, həm də dövlətlərarası münasibətlər sistemində Azərbaycan-Slovakiya münasibətlərinin sabahlarına ümidi də ifadə edir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri