Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dövlətlərarası münasibətlərin inkişafında yeni vektor

Dövlətlərarası münasibətlərin inkişafında yeni vektor

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bugünkü müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü səyləri, səmərəli diplomatiya ilə müşayiət olunan prqaqmatik xarici siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həm də ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib ölkə kimi cazibədar məkana çevrilib. Eyni zamanda şaxələndirilmiş və çox¬vektorlu xarici siyasət kursu ilə regional və qlo¬bal təhlükəsizliyə mühüm töhfələr verməklə dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azər¬baycan bütövlükdə Avrasiya coğrafiyasında bir çox beynəlxalq təşkilatlarin işində uğurlu və məhsuldar fəaliyyəti ilə seçilir. Xarici siyasətini mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq əsasında quran dövlətimiz Avropanın inkişaf etmiş aparıcı dövlətləri ilə ikitərəfli əlaqələrə xüsusi önəm verir. Bu kontekstdə Avropa İttifaqının ən güclü və aparıcı ölkələrindən biri olan Almaniya Federativ Respublikası (AFR) ilə son dövrlər inkişaf etməkdə olan qarşılıqlı münasibətlər mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, rəsmi Berlin Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il tarixində tanımış və həmin ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.
Qarşılıqlı olaraq dövlət başçıları, hökumət və parlament rəhbərlikləri, xarici işlər nazirlikləri və digər səviyyələrdə çoxsaylı səfərlər baş tutmuşdur. Almaniya təmsilçiləri Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə yüksək diqqət göstərmişdir. Bu münasibətlər sistemində parlamentlərarası əlaqələr vacib yer tutur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Müqavilə-hüquq bazası getdikcə genişlənməkdədir. İki ölkə arasında indiyə qədər 80-dək sənəd imzalanmışdır. İqtisadi sahədə əsasən Azərbaycanın enerji təhlükəsizliyi sahəsində sürətlə artan potensialı üzərindən formalaşan əməkdaşlıq isə digər istiqamətlərlə yanaşı dinamik inkişaf tendensiyası üzərində inkişaf edir.
Bütün bu tezislər aprelin 2-də aprelin 2-də Azərbaycana ilk dəfə olaraq rəsmi səfərə gəlmiş Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında da öz əksini tapıb. Prezident İlham Əliyev səfərin iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə etmişdir: “Biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var”.
Dövlətimizin başçısı ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrindən söhbət açaraq bu istiqamətdə Almaniyanın bizimlə ilə çox fəal əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb.
Cənab İlham Əliyev daha sonra digər beynəlxalq məsələlər, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya ilə Qərb arasındakı təzadlı münasibətlər fonunda bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqelərin bir-birinə kifayət qədər yaxınlaşmasını regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsi baxımından müsbət məqam kimi dəyərləndirmişdir: “Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer öz növbəsində Azərbaycanı inkişaf etmiş mühüm məkan kimi gördüyünü dilə gətirib. O, buradan olduqca vacib ticarət yollarının keçdiyini və amilın dünyanın birləşməsində əsas vasitə ola biləcəyini bəyan edib. Almanıyanın Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkəmizin rolunu yüksək dəyərləndirib. Ştaynmayer Ermənistanla sülh münasibətlərinin bərqərar olması istiqamətində son zamanlar müşahidə olunan müsbət irəliləyişlərin böyük təəssürat bağışladığını, əldə olunmuş razılaşmaların tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına ümidini ifadə etmiş və bu işə Almaniyanın öz dəstəyini əsirgəməyəcəyini bildirmişdir.
Beləliklə, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu, şübhəsiz, həm də AZərbaycanın beynəlxalq mövqelərinin və rolunun artmasına təsir göstərən ciddi amildir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri