Icma.az
close
up
RU
Beyin qan dövranı pozulmalarının diaqnostika və müalicəsi...

Beyin qan dövranı pozulmalarının diaqnostika və müalicəsi...

Icma.az, Sia Az saytına istinadən bildirir.

Beyin infarktı (işemik insult) – beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya). Damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. İTSDA-dan SİA-ya verilən məlumata görə, bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.

Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.

Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.

Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığortahesabına qarşılanır.

Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki tibb müəssisələri) tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, yuxu arteriyalarının stenozu bir çox hallarda simptomsuz olur. Əksər hallarda yuxu arteriyası stenozunun ilk təzahürləri insult, keçici işemik həmlə (simptomları 24 saat ərzində keçib gedən beyin qan dövranının işemik tipli kəskin pozulması) ilə bağlı simptomlar ola bilər. Klinik əlamətlərə bədənin hər hansı hissəsində (xüsusən də sifət, əl və ayaq daxil olmaqla)əzələ zəifliyinin əmələ gəlməsi, hissiyyatın zəifləməsi, nitqin aydın olmaması və ya tam pozulması, baş gicəllənmə, udma qabiliyyətinin, yaddaşın və şüurun pozulması, ürəkbulanma, qusma ilə müşayiət olunan kəskin baş ağrısı aiddir. Bu əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Uzun müddət tütündən istifadə edən, qanda xolesterini yüksək olan, yüksək qan təzyiqi, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 65 yaşdan yuxarı şəxslər arasında işemik insult riski daha yüksəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see166

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see119

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see119

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see116

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see112

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri