Icma.az
close
up
RU
Agentlik: Beyin qan dövranı pozulmalarının müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir AZƏRTAC

Agentlik: Beyin qan dövranı pozulmalarının müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyət beyin infarktı adlanır. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma və tutulmasıdır. Damar mənfəzlərinin daralması hallarının təxminən 50 faizi aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30 faizi yuxu arteriyasının stenozu səbəbindən baş verir.

İcbari Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumatda qeyd edilir ki, yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Həmin müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.

Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60 faizdən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Həmin əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beyinin normal qan təchizatı təmin olunur.

Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Bu müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

Həmin xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki tibb müəssisələri) tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Yuxu arteriyalarının stenozu bir çox hallarda simptomsuz olur. Əksər hallarda yuxu arteriyası stenozunun ilk təzahürləri insult, keçici işemik həmlə (simptomları 24 saat ərzində keçib gedən beyin qan dövranının işemik tipli kəskin pozulması) ilə bağlı simptomlar ola bilər. Klinik əlamətlərə bədənin hər hansı hissəsində (xüsusən də sifət, əl və ayaq daxil olmaqla) əzələ zəifliyinin əmələ gəlməsi, hissiyyatın zəifləməsi, nitqin aydın olmaması və ya tam pozulması, baş gicəllənməsi, udma qabiliyyətinin, yaddaşın və şüurun pozulması, ürəkbulanma, qusma ilə müşayiət olunan kəskin baş ağrısı aiddir. Bu əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Uzun müddət tütündən istifadə edən, qanda xolesterini yüksək olan, yüksək qan təzyiqi, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 65 yaşdan yuxarı şəxslər arasında işemik insult riski daha yüksəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri