Icma.az
close
up
RU
Beyində ilişib qalan melodiyalar düşündüyünüz qədər günahsız olmaya bilər

Beyində ilişib qalan melodiyalar düşündüyünüz qədər günahsız olmaya bilər

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bir mahnını gün boyu istəmədən zümzümə etmək bir çox insan üçün adi haldır. Lakin alimlər bu fenomenin - elmi dildə "qulaq qurdu" adlandırılan vəziyyətin - beynin fəaliyyətinə müəyyən mənfi təsirlər göstərə biləcəyini bildirirlər.

Araşdırmalar göstərir ki, davamlı təkrarlanan melodiyalar beynin "işçi yaddaş" mexanizmini məşğul edir. Məhz bu yaddaş növü qısa müddətli məlumatların saxlanması, diqqətin cəmlənməsi və riyazi hesablamalar üçün vacibdir. Nəticədə insanın diqqəti yayınır, zehni məhsuldarlıq azalır.

Avstraliyada aparılan elmi tədqiqatlara əsasən, xüsusilə tez-tez dinlənilən və yaxşı tanınan mahnılar beyində daha asan "ilişib qalır". Mahnı nə qədər populyar və təkrarlanan olarsa, ondan xilas olmaq bir o qədər çətinləşir.

Finlandiyalı alimlərin apardığı başqa bir araşdırma isə göstərib ki, insanların əksəriyyəti bu vəziyyəti həftədə azı bir dəfə yaşayır. Sorğuda iştirak edənlərin yarıdan çoxu isə demək olar ki, hər gün beynində təkrarlanan melodiyalarla üzləşdiyini etiraf edib. Musiqini aktiv şəkildə dinləyən şəxslərdə bu hal daha tez-tez müşahidə olunur.

Mütəxəssislərin fikrincə, qulaq qurdları bəzən beynin tamamlanmamış informasiyanı "bağlamaq" cəhdindən, bəzən isə psixoloji rahatlama ehtiyacından qaynaqlanır. Beyin üzərində aparılan görüntüləmə tədqiqatları sübut edir ki, musiqi dinləyərkən aktiv olan sahələr, eyni melodiyanı zehnimizdə təkrarlayarkən də işləməyə davam edir.

Bu vəziyyətdən qurtulmaq üçün maraqlı üsullardan biri saqqız çeynəməkdir. Çeynəmə prosesi daxili nitqi zəiflədir və beynin melodiyanı təkrar etməsinə mane olur. Əksinə, başqa bir mahnı dinləmək çox vaxt problemi həll etmir, sadəcə köhnə melodiyanı yenisi ilə əvəz edir.

Mütəxəssislər vurğulayırlar ki, qulaq qurdları ümumilikdə sağlam beynin normal fəaliyyətinin bir hissəsidir. Sadəcə zehin boş olduqda daha çox ortaya çıxır və diqqət tələb edən işlərlə məşğul olduqda tədricən azalır.

Kənan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Yanvar 2026 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri