Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Zaman beyində işləyir…

Zaman beyində işləyir…

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İntervensional nevrologiya tibbin ən həssas sahələrindən biridir. Ölkəmizdə bu sahə üzrə demək olar ki, ixtisaslaşmış həkim yoxdur. Bildiyiniz kimi bədəndəki digər damar sistemlərindən fərqli olaraq, beyin damarları olduqca nazik strukturlardır, diametri cəmi bir neçə millimetr, hətta bəzi nahiyələrdə bir millimetrdən də az olur. İnsult zamanı laxtanın çıxarılması, həmin nahiyəyə stent yerləşdirilməsi və ya anevrizmanın bağlanması kimi həyati əhəmiyyətli müdaxilələrin kateterlə bu damarlarda hərəkət etməklə aparılması həkimdən yüksək qayğı, qabaqcıl texniki bacarıqlar və lazımi avadanlıq tələb edir. Haqqında söhbət açmaq istədiyim uzman Vüqar Cəfər məhz tibbin bu sahəsi üzrə uzmandır. Zarafat deyil, o, İstinye Universitetində bu sahədə ixtisasartırma təhsili alan ilk azərbaycanlı və Türkiyədə yalnız 40 nevroloqdan biridir…

“Sol tərəfim tamamilə iflic olmuş halda onun yanına getdim və sağalacağıma heç bir ümidim yox idi. Onun sayəsində indi əllərimi və ayaqlarımı hiss edirəm. Çox şanslıyam ki, işini mükəmməl bilən uzman doktor Vüqar Cəfər kimi birinə rast gəldim. O, çox nadir hallarda rastlaşdığım azsaylı uzmanlardan biridir. Mən deyərdim ki, o, təkcə həkim deyil, ürəyinizi asanlıqla aça biləcəyiniz gözəl insanlardan biridir. Allah ona uzun ömür versin!”- bu kəlmələr onun şəfa verdiyi insanlardan birinə məxsusdur…

Vüqar Gülhüseyn oğlu Cəfər 1991-ci ilin may ayının 13-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Əslən Yardımlının Arus kəndindəndir. Orta təhsilə Göytəpədə yiyələnib. Elmə və insan sağlamlığına olan dərin marağı, onu Azərbaycan Tibb Universitetinə gətirib. Universitetin üçüncü kursunda oxuyarkən Prezident təqaüdünə layiq görülüb və Türkiyəyə göndərilib. Orada o, təhsilini Ondoqquz Mayıs Universitetinin Tibb Fakültəsində davam etdirərək 2015-ci ildə məzun olub. Daha sonra Dicle Universitetinin Nevrologiya kafedrasında ixtisas təhsilini başa vurub və 2020-ci ildə Nevrologiya Mütəxəssisi adına layiq görülüb. Lakin, o yalnız klassik nevrologiya ilə məhdudlaşmayıb. Nevrologiyanın ən qabaqcıl və nadir hallarda tətbiq olunan sahələrindən biri olan İnvaziv Nevrologiyaya üzrə uzman kimi yetişib…

...Çox yaradıcı insandır, estetik istedadlıdır. Hərəkətlərində çox diqqətlidir. Kiməsə zərər vurmaqdan uzaqdır. Öhdəliklərini yerinə yetirmək üçün yorulmadan, o cümlədən gecələr də işləyə bilir. Fəaliyyətində sakit və dinc mühitə üstünlük verir. Romantikdir, hadisələrdən tez təsirlənir. Son dərəcə cəlbedici, ləyaqətli və xarizmatikdir. Təbii olan hər şeyə meyllidir. Səmimi davranışı, yüksək mədəniyyəti ilə ətrafındakılara nümunə olmağı bacarır. İnsanlara qarşı yumşaq və mehribandır. İstər iş, istərsə də adi həyatda hər şeyin ən yaxşısını etməyə çalışır…

Deyir ki:- “Təsəvvür edin ki, apardığım əməliyyatlar heç bir kəsik olmadan, hətta bir millimetr ölçülü damarlar üzərində olur. Buna görə də, intervensional nevroloq radioloq kimi damar girişini izləyir, cərrah kimi əməliyyat aparır və nevroloq kimi beyin funksiyasını qoruyuram. Bu sahə ən yüksək risk, bacarıq və texnologiya səviyyəsini birləşdirir…”

O, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində qapalı prosedur texnikalarına malik “Medicana Beynəlxalq Xəstəxanası”nda VGR İnsult Bölməsini quraraq və öz komandası ilə fəaliyyətə başlayıb və dünyada nevrologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan invaziv insult müalicəsini tətbiq edən ilk həkimlərdən biridir. Onun rəhbərliyi altında qurulan VGR İnsult Bölməsi, çoxsahəli yanaşması ilə bu sahədə aparıcı mərkəzlərdən biridir. Bu müalicələrə aşağıdakılar daxildir: Beyin arteriyasının tıxanması üçün angioplastika (trombektomiya), karotid arteriya stenozu üçün stent yerləşdirilməsi və beyin anevrizmalarının qapalı dövr müalicəsi (spiral və ya axın yönləndiricisi tətbiqi. Dünyada yalnız bir neçə mərkəzdə istifadə edilən bir texnika olan karotid arteriya vasitəsilə kök hüceyrə terapiyası üzərində işləyən Dr. Cəfər bu texnikanı Türkiyədə tətbiq edən ilk nevroloqlardan biridir. Bu müalicə, insultdan sonra zədələnmiş beyin toxumasının bərpasına töhfə verməyi hədəfləyən gələcəyin tibbi texnologiyalarından biridir…

...Cəmiyyət içərisində ön planda olmağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarır. Dostluqda çox sadiqdir. İncə və səmimi yumoru yaxşı duya bilir. İşlərində daimi və stabildir. Bəli, stabil olması da onun ən müsbət xüsusiyyətlərindən biridir. Yalanı, xəyanəti qəti sevmir və bağışlamır. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edə bilir. İntizamlı, nəzakətli və nəcibdir. Elə bu xüsusiyyətlərinə görə də uğur ondan yan ötmür. Demək olar ki, bir çox işdə müvəffəqiyyət əldə etməyi bacarır…

Vüqar Cəfər yalnız insult müalicəsində mövcud metodlara diqqət yetirmir, həm də regenerativ tibb sahəsində tədqiqatlar aparır. Onun bu sahədəki vizyonu, insultdan sonrakı reabilitasiyadan kənara çıxmaq və beyin hüceyrələrinin canlandığı bir dövrün başlanğıcıdır. O, təkcə öz sahəsini mükəmməl bilən uzman deyil, həm də elmi biliklər yaradan bir akademikdir. Ümumdünya İnsult Təşkilatının və Avropa İnsult Təşkilatının fəal üzvü olaraq, qlobal elmi ictimaiyyətlə daim qarşılıqlı əlaqədədir. O, müntəzəm olaraq dünyada və Türkiyədə keçirilən insult konqreslərində çıxış edir və milli və beynəlxalq ekspert rəyi almış tibbi jurnallarda dərc olunan məqalələri ilə elmi ictimaiyyətə töhfə verir. Bütün bunlara görə də, haqqında qürurla bəhs etdiyim uzman doktor Vüqar Cəfər həm işlədiyi klinikada, həm də akademik sahədə "məhsuldar və aparıcı nevroloq" kimi seçilir. O, həmçinin Türkiyədəki Azərbaycan Həkimlər Assosiasiyasının təsisçisi və prezidentidir. Bu assosiasiya vasitəsilə o, iki ölkə arasında tibbi əməkdaşlığı gücləndirir və gənc Azərbaycan həkimlərinə mentorluq edir, onların peşəkar inkişafına töhfə verir. İnsult müalicəsində hər saniyənin bir həyat demək olduğunu bilən Vüqar həkim nevrologiyanı təkcə bir ixtisas kimi deyil, həm də həyat xilas etməyin ən incə forması kimi görür. Onun uzaqgörənliyi beynin mürəkkəb damar yollarında həyatı yenidən canlandırmaq və bu möcüzəni hər bir xəstədə yenidən yazmaqdır. Axı, zaman beyində işləyir…

Elman Eldaroğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri