Icma.az
close
up
RU
Küçə pişikləri düşündüyünüz qədər günahsız deyilmiş Qorxulu faktlar

Küçə pişikləri düşündüyünüz qədər günahsız deyilmiş Qorxulu faktlar

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümünün gəlişi ilə açıq havada heyvanlarla təmas da artır. Son zamanlar sosial şəbəkələrdə küçə pişiklərinin sığallanması, qucaqlanması, hətta öpülməsi görüntüləri geniş yayılıb. Ancaq mütəxəssislər bu vərdişin ciddi təhlükələrə səbəb ola biləcəyini bildirirlər. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, peyvəndsiz küçə pişikləri ciddi xəstəlik mənbəyidir. Veterinar həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə peyvəndsiz küçə pişikləri insanlara müxtəlif yoluxucu xəstəliklər keçirə bilər. Onların təmiz görünməsi bu riski aradan qaldırmır. Ən təhlükəli xəstəliklərdən biri toksoplazmozdur. Bu parazitar xəstəlik xüsusən hamilə qadınlar və immun sistemi zəif olan insanlar üçün həyati təhlükə yarada bilər. Həkimlərin sözlərinə görə, toxunma, qucaqlama, hətta pişiyin tükləri ilə nəfəsə qarışan parazitlər belə insanı yoluxdura bilər.

Yoluxa biləcək digər xəstəliklər:

Quduzluq (rabies): Küçə pişiklərində rast gəlinə bilər. Dişləmə və ya dırma vasitəsilə keçə bilər. Ölümcül nəticələnə bilər.

Toksokariaz (parazitar qurdlar): Yoluxmuş pişiklərin nəcisindən insana keçə bilər, xüsusən uşaqlarda gözə və beyinə ciddi ziyan verə bilər.

Dermatomikoz (dəri göbələkləri): Pişikdən insana keçən göbələk infeksiyasıdır. Əllə təmas və ya birgə əşya istifadəsi ilə yoluxa bilər.

Pişik cırmaqlaması sindromu (Cat scratch disease): Bakterial infeksiyadır. Pişiyin cırmaqlaması və ya dişləməsi ilə keçə bilər. Qızdırma, limfa düyünlərinin şişməsi və halsızlıqla özünü göstərir.

Nələrə diqqət edilməlidir?

- Küçə pişiklərini qucaqlamamaq, öpməmək və onlarla yaxın təmasdan qaçmaq;

- Əgər pişiyə toxunmusunuzsa, əllərinizi sabunla dərhal yumaq;

- Xüsusilə uşaqların küçə heyvanlarına yaxınlaşmasına nəzarət etmək;

- Öz ev heyvanlarınızı mütləq peyvənd etdirmək və baytar nəzarətindən keçirmək;

- Əgər cırmaqlanma və ya dişləmə halı baş veribsə, dərhal həkimə müraciət etmək.

Veterinar Nigar Həsənova deyir ki, heyvanları sevmək gözəldir, amma onların sağlamlığı və insanlara potensial təhlükəsi nəzərə alınmalıdır:

“Pişiklərə sevgimizi baxışlarımızla, yeməklə və məsafəli qayğı ilə də göstərə bilərik. Küçədə yaşayan heyvanlar peyvəndsiz, bəzən isə müxtəlif parazitlərin daşıyıcısı ola bilər. Xüsusən də uşaqlar və immun sistemində problem olan insanlar bu məsələdə diqqətli olmalıdır”.

Sevimli görünə bilərlər, amma küçə pişikləri ilə yaxın təmas sağlamlıq üçün ciddi risk yarada bilər. Heyvansevərlik məsuliyyətlə yanaşdıqda daha dəyərli və təhlükəsiz olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri