Beyində övlad sevgisini formalaşdıran neyron zənciri aşkarlandı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Otaqo Universitetinin alimləri siçanlar üzərində aparılan tədqiqatda analarda balalarına qarşı maraq və onlarla təmasdan həzz alma hissini formalaşdıran neyron zəncirini tapıblar.
“Qafqazinfo” xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Məlum olub ki, prolaktin hormonu balanın qoxusunu qəbul edərkən beynin həzz sistemində dofamin ifrazını tətikləyir. Süni şəkildə bu mexanizm aktivləşdirildikdə balalamamış siçanlar belə balalara can atıb, siqnal bloklandıqda isə yeni anaların balaları ilə vaxt keçirmək həvəsi kəskin azalıb.
Alimlər bildirirlər ki, bu kəşf doğuşdan sonrakı emosional pozuntuları anlamağa kömək edəcək və bəzi analarda emosional bağın zəifləməsinin şəxsi səhv deyil, beyindəki neyron zəncirinin düzgün işləməməsindən qaynaqlandığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Avqust 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















