Icma.az
close
up
RU
Beyləqanda Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi Fotolar

Beyləqanda Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İyunun 5-də Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan RİH-in başçısı Əziz Əzizov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

RİH-in inzibati binasında davam edən tədbirdə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Əziz Əzizov ağsaqqalların ölkənin və rayonun ictimai-siyasi həyatındakı önəmli rolunu və cəmiyyətdəki yüksək nüfuzunu diqqətə çatdırıb. Əziz Əzizov son illərdə həyata keçirilən islahatların, o cümlədən sosial sahədə atılan addımların yaşlı nəslin rifahına müsbət təsir göstərdiyini vurğulayıb. O, Azərbaycan Ağsaqqallar Şurasının ictimai həyatda tutduğu mövqeni yüksək qiymətləndirərək, Beyləqan rayonunda ağsaqqalların fəaliyyətini nümunəvi və faydalı işlərin təməlində dayanan bir faktor kimi səciyyələndirib.

Ardınca Şura sədri Etibar İmanovun 2024-cü ilə dair hesabatı dinlənilib. Çıxış edən natiqlər – prokuror Ramazan Hadıyev və Şura üzvləri ağsaqqalların gənclərin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunmasındakı əhəmiyyətini qeyd ediblər.

Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbirin əhəmiyyətinə toxunaraq, ölkəmizdə ağsaqqal institutuna verilən yüksək dəyərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib. 

Konfrans iştirakçıları ilə xatirə şəkli çəkilərək tədbir yekunlaşıb.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri