Icma.az
close
up
RU
Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 3-də Xətai rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, habelə rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər düzdülər, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq. İcra başçısı, həmçinin, qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur və dövlətimizin bugünkü inkişafında onların böyük rolu vardır. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq işğaldan azad etdiyi torpaqlarımızda hazırda geniş vüsətli quruculuq işləri aparılır və artıq bu torpaqların əsl sahibləri, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bu gün respublikamızın hər bir bölgəsində müşahidə edilən inkişaf prosesindən söhbət açan natiq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Natiq bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi həyatındakı böyük rolundan, həmçinin ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə də məlumat verib və tövsiyələrini çatdırıb.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev öz çıxışında müstəqil dövlətimizin güclənərək möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonun daha da inkişaf etdirilməsinə, Ölkə başçısı cənab İlham Əliyevin respublikada həyata keçirdiyi yüksək fəaliyyətə rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu bildirib.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon əhalisi, o cümlədən gənclərlə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etdiklərini qeyd edib və şuranın hesabatını təqdim edib.

Həmçinin, şura üzvləri çıxış edərək öz tövsiyə və təkliflərini bildirib, ağsaqqallara göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıq ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see220

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see200

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see195

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see177

Ağsuda BƏDBƏXT HADİSƏ Vəziyyətləri ağırdır

02 Yanvar 2026 10:18see165

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see154

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see152

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see151

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see148

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see145

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see144

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see143

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see136

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see134

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see133

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see133

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see130

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see129

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri