Icma.az
close
up
RU
Suraxanıda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Suraxanıda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Suraxanı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Qaya Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev və idarə heyyətinin üzvləri, qəsəbə ağsaqqallar şurasının üzvləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qonaqları salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adil Əliyev ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək, ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. O, əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var. RİH başçısı rayonun sosial-iqtisadi inkişafında onların hər birinin böyük əməyi olduğunu və daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Yığıncaqda rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi qələbənin, nailiyyətlərin geniş təbliğində iştirak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qaraçuxur qəsəbəsi Ağsaqqallar Şurasının sədri Zeynal Məmmədov, Rayon Ağsaqqallar şurasının sədr müavini, əməkdar incəsənət xadimi, professor Ağalar Bayramov, Ağsaqqallar Şurasının İdarə Heyyətinin üzvü, əməkdar pilot Əzimbala Əzimov çıxış ediblər.

Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. O, bildirib ki, ağsaqqallarımız daim dövlətimizə və dövlətçiliyimizə sədaqətləri ilə seçiliblər, Ulu Öndər Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. E.İbrahimov bundan sonra da rayon ağsaqqallarının aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirərək onlara möhkəm cansağlığı, uğurlar arzulayıb.

Sonda Yeni Suraxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Vaqif Alxasov 85 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri