Beyləqanda da Uşaqlar Günü qeyd olundu Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev parkında bayram tədbiri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektoru və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun məktəbliləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram proqramı çərçivəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib, gənc idmançılar və şahmatçılar öz bacarıqlarını təqdim ediblər. Məktəbəqədər təhsil müəssisələrinin fidanları və məktəblilər rəngarəng rəqs nömrələri ilə çıxış edib, Uşaq Musiqi Məktəbinin və ümumtəhsil müəsisələrinin şagirdləri tərəfindən müxtəlif musiqi və xor kompozisiyaları təqdim olunub.
Uşaqların hazırladıqları səhnəciklər, mahnılar və yaradıcı çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları uşaqların sevinc dolu anlarını bölüşərək, onların xoş istirahəti və bayram əhval-ruhiyyəsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Bayram tədbiri uşaqlara unudulmaz anlar yaşadaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















