Icma.az
close
up
RU
Beyləqanda Beynəlxalq Gənclər Günü qeyd olundu Fotolar

Beyləqanda Beynəlxalq Gənclər Günü qeyd olundu Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin və Mil-Muğan Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 12 avqust- Beynəlxalq Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

Bayram tədbiri gənc marafonçuların və velosipedçilərin yürüşü ilə başlayıb. Şəhərin qərb girişindən start götürən yürüş iştirakçıları Heydər Əliyev parkında finiş ediblər. Parkda karateçilərin, güləşçilərin, tennis və şahmat ustalarının nümunəvi çıxışları nümayiş etdirilib. Gənclərin əl işləri, rəsm əsərləri və kitablarından ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub. Eyni zamanda gənc rəssamların yaradıcılıq prosesi yerində izlənilib. Ardınca könüllü gənclər tərəfindən park və ətraf ərazilərdə təmizlik aksiyası həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında gəncləri təbrik edərək onların ölkəmizin gələcəyinin əsas dayağı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman dövlətimizin inkişafında fəal rol oynayıb və bu gün də ölkəmizin beynəlxalq uğurlarında mühüm paya sahibdir. RİH başçısı Əziz Əzizov bu günlərdə Qazaxıstan Respublikasının Şimkənd şəhərində keçirilən 1-ci Asiya çempionatında uğur qazanan gənc alpaqutçuları təbrik edərək onlara Fəxri Fərman təqdim edib.

Tədbir mədəniyyət müəssisələrinin musiqi kollektivinin təqdim etdiyi geniş konsert proqramı ilə davam edib.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri