Icma.az
close
up
RU
Beyləqanda Müəllimlər Günü qeyd olundu Fotolar

Beyləqanda Müəllimlər Günü qeyd olundu Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan RİH başçısı Əziz Əzizov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edib. O, müəllimlik peşəsinin cəmiyyətin mənəvi dayağı olduğunu, gənc nəslin vətənpərvər, savadlı və müasir dünyagörüşünə malik vətəndaş kimi yetişdirilməsində pedaqoqların əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.

RİH başçısı qeyd edib ki, artıq ikinci ildir Beyləqanda Müəllimlər Günü yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. O, bu ənənənin müəllimlərə olan böyük hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib.

Çıxışında Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan Ə.Əzizov, həmin siyasətin bu gün ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, dövlətimiz tərəfindən son illərdə yeni məktəb binaları və təhsil ocaqları tikilərək istifadəyə verilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə təhsil işçisi olan şəhid ailələrinə gül və hədiyyələr, rayon üzrə bir qrup təhsil işçisinə isə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri təqdim edib.

Tədbir rayon Mədəniyyət Mərkəzi kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri