Icma.az
close
up
RU
Beyləqanda dəyirmi masa keçirildi Fotolar

Beyləqanda dəyirmi masa keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Beyləqanda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar olaraq “14 iyul 1969-cu il – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, 14 iyul 1969-cu il - Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəldiyi gün ölkənin taleyində dönüş nöqtəsi olub. Məhz həmin tarixdən etibarən Azərbaycanda sistemli idarəetmə, güclü milli kadr potensialının formalaşdırılması və sosial-iqtisadi inkişafın əsası qoyulub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki iqtisadi, həm də siyasi və mədəni sahələrdə regionun lider respublikalarından birinə çevrilib.

Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi bütün strateji nailiyyətlərin kökündə məhz həmin möhkəm təməl dayanır. Xüsusilə son dövrlər keçirilən zirvə görüşləri, eləcə də Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəal diplomatiya və xarici dövlət başçılarının ölkəmizə artan səfərləri Azərbaycanın regional və qlobal miqyasda möhkəmlənən mövqeyinin bariz nümunəsidir.

Konfransda çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digərləri Ulu Öndərin dövlət quruculuğu və idarəçilik sahəsində tarixi xidmətlərini xüsusi vurğulayıb, bu gün Azərbaycanın əldə etdiyi uğurların məhz onun müəyyən etdiyi strateji inkişaf xətti üzərində qurulduğunu qeyd ediblər.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri