Icma.az
close
up
RU
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beyləqan, 9 iyun, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Fəti Fətizadənin xatirəsi Beyləqan rayonunda anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin və Beyləqan Gənclər Evinin təşkilatçılığı ilə keçirilən anım tədbirində əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən şəhid anası Nüşabə Əliyeva Fəti Fətizadənin həyat və döyüş yolundan, onun yüksək vətənpərvərlik ruhundan, Vətənə bağlılığından və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Məlumat verilib ki, Fətizadə Fəti Ağamoğlan oğlu 1998-ci il iyun ayının 10-da Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Qubadlı, Füzuli, Şuşa, istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Silahlı Qüvvələr tərəfindən 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Qırmızı Bazar kəndi istiqamətində şəhid olub. Birinci Şahsevən kənd Şəhidlər Xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Heybət Əliyev Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından bəhs edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev və digər çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin bədii hissəsində məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş olunub.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri