Icma.az
close
up
RU
Beynəlxalq aləmə qəsbkar Ermənistanın əsl, mənfur xisləti tanıdılmalıdır

Beynəlxalq aləmə qəsbkar Ermənistanın əsl, mənfur xisləti tanıdılmalıdır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ermənilərin Zaqafqaziyada məskunlaşması azərbaycanlıların kütləvi şəkildə qırılması, köçürülməsi hesabına başa gəldi. Erməni vəhşilikləri nəticəsində təkcə XX əsrin birinci rübündə 2 milyon azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və deportasiya edilmişdir.
“Böyük Ermənistan” dövləti yaratmaq ideyasını ortaya atan erməni ideoloqlarının sonsuz və əsassız istəkləri bitib-tükənmədi. Bu mənfurlar dünən- 1918-ci ildə qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanda dədə-baba yurdlarından didərgin saldıqları, qanlarına qəltan etdikləri azərbaycanlıların sayəsində öz istəklərinə çatdılar. Tarixi Azərbaycan torpaqlarını işğal etdilər, burada özlərinin əsrlərlə arzuladıqları və heç bir zaman olmayan dövlətlərini qurdular. Bu ərazilərin sakinlərinin qara günləri azğın hayların -ermənilərin bu müqəddəs vətən torpaqlarına ayaq açmasından sonra başladı. Gəlmə ermənilər məqsədli şəkildə yerli azərbaycanlıları havadarlarının sayəsində ciddi-cəhdlə sıxışdırdılar, doğma ellərindən qovdular, qətliamlara məruz qoydular və bu proses mərhələli surətdə zaman-zaman davam etdirildi.
Xalqımıza qarşı çoxsaylı qanlı faciələr, soyqırımları həyata keçirən, müharibə cinayətlərinə əl atan, habelə, dinc vətəndaşlarımızı, körpələri, qocaları, xəstələri xüsusi amansızlıqla qətlə yetirən quldur təməl prinsipləri ilə özünün işğalçı siyasətini quran və bu mənfur siyasəti saxtakar əməlləri, yalanları ilə idarə edən Ermənistan dövləti ilə bağlı əsl həqiqətlər beynəlxalq arenada müasir dünyanın məcburi ittihamı ilə üzləşməlidir.
Bu ittiham 1905-1906-cı illərdə Bakıda və qəzalarda, həmçinin, indiki Ermənistan ərazilərində, tarixi Azərbaycan torpaqlarında, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Zəngəzurda, İrəvanda, Naxçıvanda və digər ərazilərimizdə, 1989-1993-cü illərdə Bakıda, Qarabağda, indiki Ermənistanın azərbaycanlılar yaşayan bütün kəndlərində, eləcə də, Ağdamda, Qubadlıda, Laçında, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda və digər yaşayış məntəqələrimizdə qanlı qətliamları reallaşdıran qaçaq-quldur hökumətinə- Ermənistana ünvanlanmalıdır. Çoxsaylı, günahsız, yüzlərlə, minlərlə mülki vətəndaşlarımızı al qanlarına qəltan edənlər, azğın səbəbkarlar beynəlxalq qanunlar çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.
Xocalı söyqırımının, Qaradağlı, Başlıbelli faciələrinin səbəbkarları bütün dünyanın gözü qarşısında törətdikləri qanlı əməllərə görə ifşa olunmalı və özlərinin layiqli cəzalarını almalıdır. Bərdədə, Gəncədə, Mingəçevirdə, Ağdamda, Tərtərdə və digər yaşayış məntəqələrimizdə müharibə cinayətlərinə əl atan ölkənin -qəsbkar Ermənistanın ustalıqla gizlətdiyi və arxasına gizləndiyi əsl, mənfur erməni xisləti beynəlxalq aləmə tanıdılmalıdır.
Vətəndaş Cəmiyyəti İnstitutu olaraq, necə təhlükəli bir qonşu ilə ilə yaşamaq məcburiyyətində qaldığımızı göstərməli və eyni zamanda, bu iblis donlu, yalançı ölkənin beynəlxalq qanunlar çərçivəsində məhkəmələrdə cavab verməsi məqsədi ilə haqlı tələblərimizi irəli sürməliyik. Həqiqət davasında zəfər çalmağımız naminə durmadan mübarizə aparmalı, dünyanı haqqın tərəfində olmağa doğru səsləməliyik. Ermənistan hökuməti özünün tarixi torpaqlarında –İrəvanda, Göyçədə, Ağbabada, Şörəyeldə, Zəngəzurda və digər ərazilərdə yaşayan Qərbi Azərbaycanlıların geri qaytarılmasını təmin etməlidir. Ermənistan dövləti xalqımıza vurduğu milyardlarla dollar məbləğindəki vəsaiti zərərçəkmiş, maddi-mənəvi itkilərə məruz qalmış azərbaycanlılara ödəməlidir.
Niyə görəsən “həqiqətin beşiyi olan, demokratik Avropa” Azərbaycan ərazilərində dağıdılmış, yer üzündən silinmiş yurd yerlərimizin, son daşına-kərpicinə qədər sökülüb aparılmış şəhər və kəndlərimizin, talan olunmuş maddi-mədəniyyət nümunələrimizin, ekoloji terrora məruz qalan təbiətimizin ürək göynədən aqibəti ilə maraqlanmır? Niyə təcavüzkar Ermənistan Azərbaycana qarşı bəd əməllərinə görə ittiham olunmur? Təəssüflər olsun ki, haqqını arayan, hüzrana uğrayan xalqımızın ürəyində, dilində bu qəbildən olan haqlı suallar çoxdur və “demokratik Avropadan” özünün cavabını istəyir, tələb edir.
Beynəlxalq aləmin məsələyə müdaxilə etməməsi, səssizliyi, laqeydliyi, tərəfkeş münasibəti ədalətin təcəllisində ən böyük maneədir, qorxulu fəsaddır. Demokratik prinsiplərin bütün dünya xalqlarına eyni şəkildə, eyni səviyyədə şamil olunması mütləqdir. Mütləq olan halda qanunlar mexanizmi dəqiq çalışar, haqlı öz haqqını alar, haqsız isə səhvini anlayıb geri çəkilər. Belə olduğu təqdirdə dünyamız siyasi sakitliyini qoruyub saxlayar, insanlar gələcəyə nikbin olaraq baxarlar. Son üç əsrdə başı olmazın əziyyətlərini çəkən ölkəmizin də belə bir ədalət mexanizminin bizim regionda da işləməsi arzuolunandır. Biz yalnız özümün olanları və haqqımızı tələb edirik. Müqəddəs haqq uğrunda mənfur qüvvələrə qarşı mübarizə aparacaq, öz haqqımızı alacağıq!
İlahə Əliyeva
“Ziyalı Ocağı” İctimai Birliyinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Dekabr 2024 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri