Icma.az
close
up
RU
Beynəlxalq aləmə ünvanlanan mühüm çağırışlar

Beynəlxalq aləmə ünvanlanan mühüm çağırışlar

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib. Bir neçə gün bundan öncə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilmiş XII Qlobal Bakı Forumu bu mənada istisna deyil. İştirakçılara beynəlxalq əməkdaşlıq və dialoq platforması təqdim edən bu tədbirə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər qatılıb.

Ənənəvi olaraq hər il təşkil olunan Forum dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun hər tədbirində fəal iştirak edir və açılış nitqi ilə çıxış edərək, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, qlobal çağırışlara yanaşmasını və regional əməkdaşlıq perspektivlərini təqdim edir. Onun forumun növbəti toplantısındakı çıxısı da strateji istiqamətlərin müəyyənləşdirilməsi kontekstində beynəlxalq ictimaiyyət üçün vacib mesajlarla zəngindir.
Ölkə rəhbərinin təqdim etdiyi müddəalar təkcə Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən strateji əhəmiyyətə malikdir. Cənab İlham Əliyev çıxışında müasir dünyanın üzləşdiyi əsas qlobal çağırışlara toxunub. Son illərdə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və beynəlxalq diplomatiyanın effektivliyi kimi məsələlər gündəmdədir. Bu məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın, çoxtərəfli diplomatiyanın və ölkələr arasında etimadın qurulmasının vacibliyi vurğulayıb. Azərbaycanın bu məsələlərdə fəal rol alması, xüsusilə enerji və nəqliyyat sahələrində beynəlxalq tərəfdaşlıqlar qurması ölkənin qlobal siyasətdə artan rolunu göstərir. Prezidentin vurğuladığı kimi, dünya düzəni hazırda yenidən formalaşır və bu prosesdə ədalətli yanaşmanın, beynəlxalq hüququn qorunmasının vacibliyi xüsusi önəm daşıyır.
Bu çıxış Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədi. Belə ki, ölkəmiz regionda sülh və sabitliyin qorunmasında mühüm iştirakçıdır. Prezident İlham Əliyev açılış nitqində post-münaqişə dövründə Azərbaycanın regionda sülhün təmin edilməsi üçün göstərdiyi səyləri qeyd edib. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir reallıq formalaşdırıb. Ərazi bütövlüyünü bərpa etmiş bir ölkə kimi, Azərbaycan indi sülh müqaviləsinin imzalanması və qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışır. Dövlət başçısı beynəlxalq ictimaiyyətin sülh prosesinə daha ədalətli yanaşmalı olduğunu vurğulayıb. O, bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasət yürütməsinin regionda sabitliyi təhlükə altına atdığını bildirmiş, Azərbaycanın isə prinsipial və obyektiv mövqeyini qorumağa davam edəcəyini bəyan etmişdir.
Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol da çıxışda xüsusi yer tutub. Dövlət başçısı Azərbaycanın Avropanın enerji tədarükündə strateji tərəfdaş olduğunu vurğulamışdır. Xəzər hövzəsindən Avropaya təbii qaz və digər enerji resurslarının çatdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas göstəricilərindən biridir. Dünyada enerji resurslarına tələbatın artdığı bir dövrdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi öz mövqeyini möhkəmləndirib. Prezident çıxışında Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlərə də toxunmuşdur. İqlim dəyişikliyi və enerji keçidi məsələləri də gündəmdə olub. Azərbaycan keçən il COP29-a ev sahibliyi edib və bu, ölkənin qlobal ekoloji problemlərin həllində fəal iştirak etdiyini göstərir.
Prezident İlham Əliyev birmənalı mövqeyini iştirakçılarla bölüşərək çoxqütblü dünya nizamına keçid və multilateralizmin (çoxtərəfli diplomatiya) əhəmiyyətinə xüsusi diqqət yönəltmişdir. O, bildirmişdir ki, beynəlxalq münasibətlər sistemində ədalət prinsipi bərqərar olmalıdır və BMT-nin islahatlara ehtiyacı var. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının güclənməsi və multilateralizmin dəstəklənməsi, ölkənin qlobal siyasətdə daha təsirli bir aktora çevrildiyini göstərir. Həmçinin, prezidentin çıxışında iqlim dəyişikliyi ilə mübarizəyə və Azərbaycanın bu sahədə fəal roluna xüsusi yer ayırıb. Azərbaycanın keçən il COP29-a ev sahibliyi etməsi, ölkənin bu sahədə qlobal liderlik iddiasını ortaya qoyur. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və maliyyə resurslarının ədalətli bölüşdürülməsi məsələləri çıxışın əsas vurğularından biri olmuşdur. Prezident İlham Əliyev bəzi ölkələrin Azərbaycana qarşı qarayaxma kampaniyaları apardığını və COP29 tədbirini boykot etməyə çalışdıqlarını, buna baxmayaraq, tədbirin uğurla keçirildiyini bildirmişdir.
Ermənistan-Azərbaycan münasibətlərinə və regional inkişafla bağlı bir sıra mühüm məqamlara toxunan dövlətimizin başçısı azərbaycan xalqının başına gətirilən müsibətlərin heç zaman unudulmayacağını dilə gətirməklə yanaşı, gələcəyə baxaraq, Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini qeyd etmişdir. Bu baxımdan, Azərbaycanın sülh prosesinin təşəbbüskarı kimi Ermənistanla artıq müzakirəsi yekunlaşan sülh sazişi layihəsinin müəllifi olduğunu bildirdi. O, Azərbaycanın suverenliyini qorumaq əzmini və xarici təzyiqlərə boyun əymədiyini xüsusi qeyd etmiş, Azərbaycanın sülh prosesinə sadiq qaldığını bildirmiş və bununla da ölkəmizin regionda sülh və sabitliyə verdiyi əhəmiyyəti, beynəlxalq hüquqa hörmətini və gələcəyə yönəlmiş konstruktiv mövqeyini bir daha ortaya qoymuşdur.
XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev ABŞ-ın keçmiş rəhbərliyinin yarıtmaz siyasətini tənqid edərək, bəzi məsələlərə diqqət çəkmiş, Bayden və Blinkenin siyasətinin Azərbaycan üçün qeyri-konstruktiv və bölgədəki ədalət prinsiplərinə zidd olduğunu bildirmişdir. O, ABŞ-ın bəzi bəyanatlarının və fəaliyyətlərinin Azərbaycanla münasibətlərə mənfi təsir göstərdiyini, xüsusilə Ermənistanın işğalçı siyasətini dəstəkləyən vəölkəmizin ərazi bütövlüyünü tanımayan yanaşmaların bölgədəki sabitliyə mane olduğuna diqqət yönəltmiş, Azərbaycanla münasibətlərini daha ədalətli və konstruktiv bir şəkildə inkişaf etdirməyə çağırmışdır.
Beləliklə, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq siyasətdə və qlobal çağırışların həllində aktiv rol aldığının yeni bir nümayişidir. Forumda səsləndirilən fikirlər Azərbaycanın müstəqil siyasət yürütməkdə davam edəcəyini və qlobal problemlərin həllində fəal iştirak edəcəyini göstərən mühüm mesajdır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri