Icma.az
close
up
RU
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 20-də COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində "Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” adlı yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə baş tutub.

Paneldə hökumət rəsmiləri, sənaye liderləri və müxtəlif sektorlardan olan maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası mövzusunda müzakirəyə qatılıblar.

Tədbiri giriş sözü ilə açan ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyup bildirib ki, beynəlxalq aviasiya qlobal əlaqə və iqtisadi artım üçün əsas rol oynamağa davam etsə də, ICAO və onun 193 üzv dövləti 2050-ci ilə qədər sektorun "Xalis Sıfır” karbon emissiyalarına nail olmaq öhdəliyini götürür. "Aviasiyada ekoloji cəhətdən təmiz yanacağın istehsalı və istifadəsi istiqamətində potensialın artırılmasına və maliyyələşməyə çıxış xüsusi səylər və əməkdaşlıq tələb edəcək”, – deyə Ceyn Hyup vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov çıxışında iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ekoloji cəhətdən təmiz yük dəhlizlərini inkişaf etdirir, beynəlxalq ekoloji standartlara cavab verən aşağı emissiyalı logistikanı və dayanıqlı yükdaşıma əməliyyatlarını dəstəkləyən siyasəti qəbul edir.

"Azərbaycan aviasiya sənayesində ekoloji cəhətdən təmiz təcrübələri daha da inkişaf etdirmək və həyata keçirmək üçün beynəlxalq maraqlı tərəflərlə tərəfdaşlığa açıqdır”, – deyə Elmin Məmmədov vurğulayıb.

Daha sonra Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyinin Proqram direktoru Məhəmməd Əl-Tayyar çıxışında Səudiyyə Ərəbistanı Krallığının aviasiya sektorundakı problemləri hərtərəfli həll etmək, eyni zamanda real və davamlı həlləri təmin etmək üçün göstərdiyi səyləri vurğulayıb. O, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanının daha dayanıqlı aviasiya sektoruna sadiqliyi onun aşağı karbonlu aviasiya yanacaqlarının tədqiqinə və inkişafına əhəmiyyətli sərmayə qoymasında, həmçinin ICAO kimi tərəfdaşları vasitəsilə beynəlxalq tanınmada özünü göstərir”.

Panel müzakirəsi ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyupun moderatorluğu ilə keçirilib.

Tədbirdə spiker qismində London İmperial Kollecinin professoru Sergey Kravçenko, "Saudi Aramco” şirkətinin vitse-prezidenti Musaab Məhəmməd Əlmulla, "Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlılıq üzrə baş vitse-prezidenti Mari Ouens Tomsen, Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldane Dodd, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini Nazim Ziyadov və Asiya İnkişaf Bankının (ADB) Nəqliyyat üzrə direktoru Ceyms Leder çıxış ediblər.

Paneldə aviasiya sektorunda emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı qlobal tədbirlərə və ICAO-ya üzv dövlətlərin "Xalis Sıfır” (Net Zero) hədəfinə nail olmaq üçün potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Eyni zamanda bu istiqamətdə beynəlxalq siyasət və çərçivələrin inkişaf etdirilməsi ilə əlaqədar məsələlər, akademik dairələr, sənaye, hökumətlər və beynəlxalq təşkilatların diqqət yetirməli olduğu əsas sahələr barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri