Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorundan Azərbaycanla əməkdaşlıqla bağlı PAYLAŞIM FOTO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
“Mərkəzi Asiya üçün COP29 Enerji Keçidi üzrə İnvestisiya Forumunun açılışında yeni regional tərəfdaşlığa başlamaqdan qürur duyuruq”.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera “X” hesabındakı paylaşımında qeyd edib.
 
“Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı proqramı ölkə rəhbərliyi ilə planlaşdırma və icra prosesini özündə birləşdirən tərəfdaşlıq modelini təklif edir”, - deyə o bildirib.
Qeyd edək ki, “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) proqramı Azərbaycan Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin birgə layihəsidir. Sözügedən proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təsis olunub. 
Proqramın məqsədi regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etməkdir. 
Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak edib.
Bizim.Media
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:95
Baxış sayı:95 Bu xəbər 15 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















