Icma.az
close
up
RU
Beynəlxalq birliyin mina məsələsinə münasibəti tamamilə qeyri adekvatdır Ekspert

Beynəlxalq birliyin mina məsələsinə münasibəti tamamilə qeyri adekvatdır Ekspert

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə neqativ təsir göstərən amillərdən biri də Ermənistanın vətəndaşlarımıza qarşı mina terrorunun davam etməsidir. İkinci Qarabağ müharibəsindən sonra bizim yüzlərlə vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub, onlardan bəziləri həyatını itirib, bəziləri isə ciddi xəsarətlər alıblar.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininj (BMTM) eksperti Mətin Məmmədli son günlər baş verən mina partlayışları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, porodoksal haldır ki, bir ölkənin hakimiyyəti davamlı olaraq sülhdən danışır, sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, amma bununla paralel olaraq da həmin ölkənin vaxtilə ölkəmizin ərazisinə kütləvi şəkildə basdırdığı mina terroru davam edir:

“Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan dəfələrlə Ermənistandan dəqiq mina xərtilərini tələb etsə də, qarşı tərəf bu günə qədər bizə mina xəritələrini təqdim etməyib. Təqdim olunan mina xəritələrinin isə təxminən dörddə bir hissəsi, 20-25 faizi dəqiq çıxıb. Yəni, böyük əksəriyyəti qeyri-dəqiqdir. Əlbəttə ki, belə olan halda bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən də qeyd etdiyimiz kimi mina terrorunu davam etdirmək bu, Ermənistan hakimiyyətinin, Ermənistan dövlətinin danışıqlar prosesində qeyri-səmimi mövqeyinin daha bir nümunəsidir. Bir məqamı da əlavə etmək istərdim ki, biz əgər İkinci Qarabağ müharibəsindən sonra baş verən mina terroru barədə danışırıqsa, burda bir xüsusi hal var, bu da ondan ibarətdir ki, aşkarlanmış minaların istehsal tarixinə nəzər salsaq, görərik ki, onlar 2021-2022-ci illərdə Ermənistanda istehsal olunub. Artıq bu nəticəyə gəlmək olar ki, Ermənistan vaxtilə Laçın-Xankəndi yolu ilə Ermənistanda istehsal olunan minaları Qarabağa daşıyıb. Bu, ondan xəbər verir ki, Ermənistan baxmayaraq ki, sülhdən danışır, Vətən müharibəsindən sonra sülh müqaviləsi imzalamaq arzusunda olduğunu bildirir, digər tərəfdən də ərazilərimizə minalar daşıyıb və məqsədyönlü şəkildə mina terrorunu həyata keçirir”.

BMTM-nin eksperti məsələnin digər tərəfinə, beynəlxalq birliyin yanaşmasına, münasibətinə də diqqət çəkib. Onun sözlərinə görə, bu münasibət Azərbaycanı qane edə bilməz:

“Yəni, tamamilə qeyri-adekvat bir yanaşmadır. Beynəlxalq ictimaiyyət deyəndə mən aparıcı dövlətləri nəzərdə tuturam, xüsusilə də bəzi aparıcı Qərb dövlətlərini. Onların post-münaqişə problemlərinə necə fərqli yanaşmaları məlumdur. Yəni , Ermənistana könüllü köçən ermənilərin adi məişət məsələlərini necə şişirdirlər, dramatikləşdirirlər və s. ancaq bu qədər böyük və ağrılı problem olan mina terroruna biz həmin münasibəti görmürük. Bu da bir daha ikili yanaşmanın, qərəzli münasibətin bir sübutudur. Təbii ki, əvvəldə də qeyd etdiyim kimi, belə bir mövqe Azərbaycan tərəfindən qəbul edilə bilməz. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət, aparıcı dövlətlər bu məsələdə obyektiv, adekvat, beynəlxalq hüquq normalarına uyğun mövqe nümayiş etdirsinlər”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri