Icma.az
close
up
RU
Beynəlxalq forumda Azərbaycanın beynəlxalq və regional məsələlərin həllində səyləri barədə məlumat verilib

Beynəlxalq forumda Azərbaycanın beynəlxalq və regional məsələlərin həllində səyləri barədə məlumat verilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərakeşin Tancə şəhərində keçirilən beynəlxalq “MEDays” forumu başa çatıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev tədbir çərçivəsində keçirilən “Böhran dövründə qlobal idarəetmə: çoxqütblü dünya üçün çoxtərəfliliyin yenidən qurulması” mövzusunda panel iclasında iştirak edib.

Nazir müavini çıxışında ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü zamanı fəaliyyətindən, regional və beynəlxalq müstəvidə dövlətlər arasında sülhüm və əməkdaşlığın təmin edilməsi, möhkəmlənməsi sahəsində səylərindən danışıb.

F.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib, bu dövr ərzində Hərəkatın beynəlxalq müstəvidə fəal təşkilata çevrilməsinə töhfə verib.

Nazir müavini çıxışında, həmçinin Bakıda keçirilmiş COP29 konfransının nəticələrinin, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələrin, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşmanın əhəmiyyətinə diqqət çəkib. Qeyd edilib ki, razılaşmaya əsasən, 2035-ci ilə qədər iqlim məsələlərinə hər il 300 milyard dollar ayrılacaq. Bu məbləğ gələcəkdə qlobal istiləşmə probleminin həllinə və iqlim dəyişikliklərindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə yönəldiləcək.

Panel iclasında Mərakeş Kralı VI Məhəmmədin mühüm işlər üzrə səfiri xanım Asiya Bensaleh əl-Əlavi, Belçika Krallığının sabiq Baş naziri İv Löterm, Finlandiyanın sabiq Baş naziri Mari Kiviniem, Rumıniyanın sabiq Baş naziri Datsian Çioloș, Çexiyanın sabiq xarici işlər naziri Tomas Petriçek də çıxış ediblər.

Qeyd edək ki, Mərakeş Kralının himayəsi ilə keçirilmiş forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonaq çıxış edib. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri