Icma.az
close
up
RU
Beynəlxalq forumda Azərbaycanın beynəlxalq və regional məsələlərin həllində səyləri barədə məlumat verilib AZƏRTAC

Beynəlxalq forumda Azərbaycanın beynəlxalq və regional məsələlərin həllində səyləri barədə məlumat verilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tancə, 30 noyabr, Chuayib Brhadda, AZƏRTAC

Mərakeşin Tancə şəhərində keçirilən beynəlxalq “MEDays” forumu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev tədbir çərçivəsində keçirilən “Böhran dövründə qlobal idarəetmə: çoxqütblü dünya üçün çoxtərəfliliyin yenidən qurulması” mövzusunda panel iclasında iştirak edib.

Nazir müavini çıxışında ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü zamanı fəaliyyətindən, regional və beynəlxalq müstəvidə dövlətlər arasında sülhüm və əməkdaşlığın təmin edilməsi, möhkəmlənməsi sahəsində səylərindən danışıb.

F.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib, bu dövr ərzində Hərəkatın beynəlxalq müstəvidə fəal təşkilata çevrilməsinə töhfə verib.

Nazir müavini çıxışında, həmçinin Bakıda keçirilmiş COP29 konfransının nəticələrinin, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələrin, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşmanın əhəmiyyətinə diqqət çəkib. Qeyd edilib ki, razılaşmaya əsasən, 2035-ci ilə qədər iqlim məsələlərinə hər il 300 milyard dollar ayrılacaq. Bu məbləğ gələcəkdə qlobal istiləşmə probleminin həllinə və iqlim dəşikliklərindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə yönəldiləcək.

Panel iclasında Mərakeş Kralı VI Məhəmmədin mühüm işlər üzrə səfiri xanım Asiya Bensaleh əl-Əlavi, Belçika Krallığının sabiq Baş naziri İv Löterm, Finlandiyanın sabiq Baş naziri Mari Kiviniem, Rumıniyanın sabiq Baş naziri Datsian Çioloș, Çexiyanın sabiq xarici işlər naziri Tomas Petriçek də çıxış ediblər.

Qeyd edək ki, Mərakeş Kralının himayəsi ilə keçirilmiş forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonaq çıxış edib. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri