Icma.az
close
up
RU
Beynəlxalq konfransda Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi barədə məlumat verilib

Beynəlxalq konfransda Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi barədə məlumat verilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 iyul, AZƏRTAC

Banqladeşin Savar şəhərində Yunus Sosial Biznes Mərkəzi və Grameen Bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) AZƏRTAC-a bildirilib ki, Grameen Bankın 50 illiyi, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunusun və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil olunan konfransda iştirak edən BAMF prezidenti Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirədə əsas çıxışçılardan biri olub. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Həmçinin Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.

BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla təkbətək görüşü də olub. Görüşdə BAMF və Yunus Sosial Biznes Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi, sosial biznesin münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, həmçinin gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Professor Məhəmməd Yunus BAMF-in dəvəti və təşkilatçılığı ilə Azərbaycana ilk səfərini, Fondun baş ofisində keçirilən "Kasıbların Bankiri" kitabının geniş təqdimatını, ADA və Azərbaycan Dövlət İqtisad universitetlərində görüşlərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə və COP29 zamanı səfərlərini məmnunluqla xatırladığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini xüsusi qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb.

Görüşdə tərəflər BAMF və Yunus Sosial Biznes Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Tədbirdə BAMF-in Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri