Icma.az
close
up
RU
Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı kreativ layihə gerçəkləşib

Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı kreativ layihə gerçəkləşib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı kreativ layihə gerçəkləşib. Belə ki, teatrın yeni yaranacaq kitabxanası üçün bir kitab gətirən "Ocaq" tamaşasına dəvətnamə əldə edib.

Öncə foyedə düzənlənən tədbirdə moderator, Əməkdar artist Cəlal Məmmədov Beynəlxalq Kitab Bağışlama Gününün tarixindən söz açıb, layihənin əhəmiyyətindən danışıb. Tədbirə qatılan millət vəkilləri Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katib Aygün Bağırlı, Əməkdar müəllim, Şöhrət ordenli şair Ofeliya Babayeva, Sumqayıt şəhər İcra hakimiyyətinin məsul işçisi Fərman Kazımov çıxış edib.

Natiqlər tədbirin ədəbi-mədəni, mənəvi əhəmiyyətini vurğulayıb müasir gəncliyin uğur hekayəsinin tamamlanması, onların doğru yolda tərbiyə almaları üçün kitabın mayak rolundan danışılıb. Bildirilib ki, nə qədər alternativ mənbələr meydana gəlsə də, heç biri hikmət xəzinəsi olan kitabı əvəzləyə bilməz. Dəvətlilər şəxsi kitabxanalarından kitabları teatra hədiyyə ediblər.

Habelə, şəhər ədəbi mühitinin tanınmış simaları, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti layihədə fəallıq göstəriblər. Daha sonra qonaqlar "Ocaq" tamaşasını izləmək üçün zala daxil olublar.

Tamaşaya Türkiyənin tanınmış yazarı Turqut Özakmanın "Ocaq" psixoloji dramına teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa alqışlarla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Fevral 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri