Icma.az
close
up
RU
Oxumaq gözəldir, paylaşmaq daha gözəl Beynəlxalq Kitab Bağışlama Günü

Oxumaq gözəldir, paylaşmaq daha gözəl Beynəlxalq Kitab Bağışlama Günü

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sevginin ən gözəl hədiyyəsi kitabdır!

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır.

Kitab bir nəslin digər nəslə qoyub getdiyi ən qiymətli mənəvi mirasdır. Bir kitab bəzən bir qərarı dəyişir, bir düşüncəni formalaşdırır, bir taleyə istiqamət verir. Kitabı paylaşmaq isə oxumaqdan daha dərin təsir yaradır - yeni oxucuların dünyagörüşünə işıq tutur, insanları ortaq dəyərlər və düşüncələr ətrafında birləşdirir.

AZƏRTAC xəbər verir ki, 14 fevral tarixi kitab oxumağın və paylaşmağın insanları birləşdirən gücünü vurğulayır, bilik və mütaliəyə sevgini təşviq edir.

Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) ilk dəfə 2012-ci ildə ABŞ-də kitabsevərlər tərəfindən qeyd olunub. Təşəbbüsün müəllifi məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurdur. Maraqlıdır ki, ideya ona balaca oğlunun sadə, amma düşündürücü sualından sonra yaranıb: niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir gün yoxdur?

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan blogerlər bu çağırışa qoşularaq günü “Uşaqlara Kitab Bağışlama Günü” kimi qeyd etməyə dəvət ediblər. Qısa zamanda təşəbbüs geniş yayılıb və 14 fevral dünyanın bir çox ölkəsində kitab sevgisini paylaşmaq üçün xüsusi tarixə çevrilib.

Bu gün hər kəs üçün sadə, amma mənalı bir çağırışdır: sevdiklərinizə və ya ehtiyacı olanlara kitab hədiyyə edin, bilik və hekayələri paylaşın. Çünki hər bir kitab yalnız bir oxucuya deyil, cəmiyyətə də işıq saçır, insanları yaxınlaşdırır və gələcək nəsillərə mədəni sərvət kimi ötürülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Fevral 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri