Icma.az
close
up
RU
Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub FOTOLAR

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub FOTOLAR

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti,  Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib. 

Universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova Azərbaycan Dövlət  Pedaqoji Universitetinin, həmçinin Kitabxana - İnformasiya Mərkəzinin tarixi və bu günü haqqında danışıb, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü barədə geniş məlumat verib.  Qeyd edib ki, 14 Fevral təqvimdə ən gənc bayramlardan biridir. 2012 -ci ildə təsis olunan bu bayram uşaq kitab saytının təsisçisi Emmi Brodmoorun adı ilə bağlıdır. Beynəlxalq Kitab Bağışlama Günü 2013-cü ildən bir çox ölkələrdə, həmçinin Azərbaycanda qeyd olunur. 

Zinharə Həsənova bildirib ki, ADPU-nun Kitabxana - İnformasiya Mərkəzinin təşkilatçılığı ilə   bu bayram hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə qeyd edilir: “Məqsəd uşaqlarda kitaba sevgi, böyüklərdə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir”. 

Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsilin xalqların taleyindəki rolundan bəhs edib. Rektor müasir dövrün çağırışlarına cavab verən gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uşaq, yeniyetmə və gənclər arasında oxu vərdişini gücləndirməklə buna nail olmaq mümkündür. 

ADPU-nun elmi və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov gənclərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, gənc nəslin milli ruhda yetişməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şəraitin yaradılması çox vacibdir. 

Kərim Kərimov adına 8 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəsləfə doktoru Aytən Baxşıyeva deyib ki, bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini artırmaqdır. O, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. 

Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri