Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Beynəlxalq konfransda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib

Beynəlxalq konfransda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 may, AZƏRTAC

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən plenar iclasda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, islamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur. Onun sözlərinə görə, islamofobiya sadəcə dini dözümsüzlük deyil. Bu, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır.

“İslamofobiya ilə mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salmalıyıq. Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Bu məsələdə multikulturalizm təcrübəsi olan ölkələrdən nümunə götürmək böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən biridir. Ölkəmizdə yaşayan hər bir şəxs dini və etnik mənsubiyyətindən asılı olmayaraq özünü tamhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq, multikultural dəyərlərin dövlət siyasətinin ayrılmaz hissəsi olması islamofobiyaya ən güclü cavablardan biridir”, - deyə R.Məmmədov vurğulayıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu cür konfransın təşkili və belə bir fürsətin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, islamofobiya mürəkkəb və dərin kök salıb. Bu, eyni zamanda, sivilizasiyalar toqquşmasına gətirib çıxarır. Son illərdə ardıcıl olaraq G20-yə ev sahibliyi edən ölkələr daha humanitar yanaşma ilə digər məsələlərə daha çox diqqət yetirirlər. Məsələn, ötən il Braziliya dayanıqlı inkişaf, enerji keçidləri, iqlim fəaliyyətləri və qlobal idarəetmə institutlarında islahatlarla yanaşı, aclıq və yoxsulluqla mübarizədə sosial inklüzivliyə diqqət yetirib. Bu il isə Cənubi Afrika həmrəylik, bərabərlik və davamlılığı özünün əsas mövzuları kimi müəyyənləşdirib.

KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro beynəlxalq konfransın qlobal səviyyədə artmaqda olan islamofobiya ilə mübarizəyə, həm də rəqəmsal dövrün yaratdığı yeni çağırışlara qarşı ortaq mövqe ifadə etmək üçün mühüm fürsət olduğunu deyib. Onun sözlərinə görə, rəqəmsal platformalar, əslində, maarifləndirmə və təbliğat üçün böyük potensial daşısa da, təəssüf ki, nifrət nitqi üçün də əlverişli zəminə çevrilib. Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr 21 faiz artıb.

“Bu vəziyyətlə mübarizə aparmaq üçün rəqəmsal platformalarda maarifləndirmə tədbirlərinin sayını artırmaq, dini liderlərin iştirakı ilə dialoq mühitləri formalaşdırmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq mexanizmlər yaratmaq mütləqdir. Dini liderlər ictimai vicdanın formalaşmasında və dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Onların bir araya gətirilməsi, müxtəlif dinlər arasında anlaşma və hörmətin təşviqi, ayrı-seçkiliyə qarşı mübarizədə güclü təsir vasitəsi ola bilər”, - deyə Baş katib əlavə edib.

ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman konfransın beynəlxalq arenada ayıqlığın və dözümlülüyün təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan Respublikasının ICESCO-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına yüksək ehtiramını çatdırıb.

Xalid Fəthəlrəhman bildirib ki, Qərbdə bəzi hökumətlər islamofobiyaya qarşı mübarizə aparsalar da, müsəlman icmaları hələ də ciddi problemlərlə üzləşirlər.

“İslamofobiya elə bir məsələdir ki, ona qarşı ortaq səylər göstərilməlidir. Mühafizəkar qüvvələrə qarşı birgə fəaliyyət vacibdir. Bu məsələdə ICESCO-nun üzərinə böyük məsuliyyət düşür, maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Qərbdə insanlar İslam dini ilə bağlı kifayət qədər məlumata malik deyillər. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər onların düşüncə tərzinin dəyişməsinə töhfə verə bilər. Bu iş bütün insanları əhatə etməlidir. Sivilizasiyalar arasında heç kim kənarda qalmamalıdır”, - deyə Mərkəzin direktoru vurğulayıb.

Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa İslamın qarşılıqlı anlayış, bərabərlik, ədalət və kamillik üzərində qurulmuş din olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu dinin təməlində insanlara humanist və mərhəmətli yanaşma dayanır. Təəssüf ki, hazırda bir çox ölkələrdə müsəlmanlara qarşı nifrət və şübhə ilə yanaşma tendensiyası artır. İslam dininin şiddət və ekstremizm ilə əlaqələndirilməsi yalan və qərəzli yanaşmaların nəticəsidir. Xüsusilə də bu iddialar “söz azadlığı” adı altında təqdim olunur ki, bu da əslində azadlığın mahiyyətinə ziddir.

“Bəzi ölkələrdə etnik və dini ayrı-seçkilik davam edir. Kiçik müsəlman icmalarına qarşı psixoloji və fiziki zorakılıq artır, onların hüquqları tapdanır, mədəni və dini azadlıqları məhdudlaşdırılır.

Beynəlxalq hüquq və insan hüquqları prinsipləri isə bu cür davranışları qəti şəkildə rədd edir. Təəssüf ki, bəzi dairələr bu prinsiplərə əməl etmir və ayrı-seçkiliyi təşviq edən siyasət yürüdürlər. Bu səbəbdən biz müsəlmanlar İslamın əsl mahiyyətini, onun gözəlliklərini, dəyərlərini və sülh çağırışını daha çox yaymalıyıq. Maarifləndirici tədbirlərin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqi bizim üçün seçim deyil, tarixi və mənəvi borcumuzdur”, - deyə Efiopiya İslam İşləri Ali Şurasının prezidenti vurğulayıb.

Ümumdünya Fətva Təşkilatlarının Baş katibi İbrahim Nəcm bildirib ki, Qərb dünyasında “fətva” anlayışı mənfi məna daşıyır və çox zaman ölüm hökmü ilə əlaqələndirilir. Qeyri-müsəlmanlar “fətva” deyiləndə bunu sanki cəza və ya ölüm hökmü kimi qəbul edirlər. Bu da əsas problemlərdən biridir.

“Fətvanın nə olduğu barədə maarifləndirmə aparılmalıdır. Biz məlumat bolluğu içində yaşayırıq, amma, eyni zamanda, bilik və müdriklik, təəssüf ki, tükənmək üzrədir. Əslində, “fətva” sadəcə məsləhətdir, onun hüquqi qüvvəsi yoxdur. Gənc alimlərə səlahiyyət verilməlidir ki, uca kürsülərdən çıxış etsinlər. Alimlər və mütəxəssislər İslamı olduğu kimi təqdim etməlidirlər. Biz hamımız əməkdaşlıq etməliyik. İslamofobiyaya qarşı mübarizədə onlayn kursların təşkili faydalı ola bilər. Səsimizi daha da gücləndirib böyük auditoriyalara çatdırmalıyıq”, - deyə İbrahim Nəcm əlavə edib.

Plenar iclas müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri