Icma.az
close
up
RU
Beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib

Beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu konfransların ardıcıl şəkildə Azərbaycanda keçirilməsinin xarici təşkilatçılar tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, fərqli ölkələrdən gələn nümayəndə heyətləri, ekspertlər, ictimai, humanitar təşkilatların nümayəndələri konfransın əhatə dairəsini genişləndiriblər.

“Bu proses artıq təşəbbüsdən təşkilatlanmış hərəkata çevrilib. Biz birlikdə və sistemli şəkildə yeni layihələr həyata keçirməyi hədəfləyirik”, - deyə Rəvan Həsənov bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, yaxın illərdə bu istiqamətdə yeni qurumların formalaşması gözlənilir. İslamofobiya ilə mübarizədə yeni mexanizmlər müəyyən olunmalı və fəaliyyətə başlamalıdır.

“Biz artıq nəzəri müzakirələrdən praktik addımlara keçmişik. Bu, tədqiqat layihələri, konfranslar və digər tədbirlərlə müşayiət olunur. İslamofobiya ilə bağlı məsələlər bəzi təhsil və hüquq sahələrində gündəmə gətirilir. Artıq biz konkret nəticələr əldə etmişik”, - deyə F.Şəfiyev vurğulayıb.

İƏT-in Baş katibinin xüsusi elçisi Mehmet Paçacı konfransın dünyada artmaqda olan islamofobiya ilə mübarizəyə yönəlmiş mühüm addım olduğunu qeyd edib. O bildirib ki, burada islamofobiya ilə necə mübarizə aparılacağı məsələsi geniş şəkildə ələ alınıb.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi konfransın olduqca yüksək səviyyədə təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, haqsızlıqla mübarizə aparan insanlar konfrans çərçivəsində öz səslərini ucalda biliblər.

ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman Prezident İlham Əliyevin islamofobiya ilə mübarizə istiqamətindəki fikirlərini yüksək dəyərləndirib. O, konfransın təşkilatçılığına və Azərbaycanın bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edib.

G20 Dinlərarası Forumunun baş hüquqşünası, “Covington vs Burling LLP” şirkətinin müşaviri Timoti P.Stratford müsəlmanların hər zaman birgə əməkdaşlıq etməli olduğunu vurğulayıb. O, Azərbaycanın bu sahədəki təşəbbüslərini təqdirəlayiq hesab edib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının (ZMD) sədri Abbassəməd Əl-Yəzidi müsəlmanlara qarşı nifrətə bu kimi dialoqlar yolu ilə cavab verməyin müsbət tendensiya olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın bu təşəbbüsləri bütün dünya üçün nümunəvi olmalıdır.

COREIS-in vitse-prezidenti, EULEMA sədri Yahya Pallavici konfransın dinlərarası dialoqa böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, konfrans Prezident İlham Əliyevin multikultural strateji baxışının təzahürüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri