Beynəlxalq Muğam Mərkəzində bahar təravətli musiqi gecəsi
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 mart, AZƏRTAC
Martın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.
Proqramda Azərbaycan bəstəkarlarının bahar təravətli əsərləri, vətənpərvərlik və sevgi ruhlu mahnılar səsləndiriləcək.
Musiqili gecənin proqramına həm klassik bəstəkar irsindən nümunələr, həm də xalq mahnılarının işləmələri daxil edilib. Konsertin əsas məqsədi milli bayramımız olan Novruzun gəlişini musiqinin dili ilə tərənnüm etmək və dinləyicilərə bayram əhval-ruhiyyəsi bəxş etməkdir.
Biletləri şəhərin kassalarından əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















