Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 fevral, Gülay Nəzərova, foto Səfiyar Məcnun, AZƏRTAC

Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndə “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordeni laureatı, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. O, qeyd edib ki, sənətkarın zəngin yaradıcılığı milli muğam sənətimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

S.Paşazadə vurğulayıb ki, xanəndənin ifasında səslənən “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və digər muğamlar, eləcə də təsniflər Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunub saxlanılır və milli musiqi xəzinəmizin dəyərli inciləri sırasında yer alır. Bu ifalar yüksək sənətkarlıq nümunəsi kimi bu gün də öz aktuallığını qoruyur.

“Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılar muğam ifaçıları tərəfindən sevilərək ifa edilir. Bu mahnılar illər keçsə də ifaçılar tərəfindən böyük sevgi ilə səsləndirilir, konsert proqramlarında mütəmadi yer alır və dinləyicilər tərəfindən rəğbətlə qarşılanır”, - deyə qeyd edib.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov bildirib ki, Əlibaba Məmmədov pedaqoq kimi çoxsaylı tələbələr yetişdirib. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və digər təhsil ocaqlarında çalışaraq zəngin pedaqoji fəaliyyət göstərib.

“Əlibaba Məmmədovun yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblı ayrıca bir məktəb kimi idi. Bu kollektiv muğam sənətinin inkişafında mühüm rol oynayıb. Onun müəllifi olduğu çoxsaylı mahnılar və muğam təsnifləri bu gün də milli musiqi xəzinəmizin dəyərli nümunələri kimi xatırlanır”, - deyə Nazim Kazımov deyib.

Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə digər çıxış edənlər xanəndənin həyat və yaradıcılığından danışıblar.

Bildirilib ki, Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənərək, öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

Çıxış edənlər vurğulayıb ki, muğam ifaçılığının ustadlarından olan Əlibaba Məmmədov bir çox xarici ölkələrdə milli musiqimizin təbliğində əvəzsiz xidmətlər göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı tələbələr müxtəlif festivalların, müsabiqələrin qalibi olub.

Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edərək sənətkarın repertuarından muğam, təsnif və unudulmaz mahnıları ifa ediblər.

İfaçıları BMM-nin solistlərindən ibarət instrumental heyət - tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Məryəm İslamova, balabanda Rafael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri