Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində Mahirə Nağıqızının poeziya gecəsi keçirilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Mahirə Nağıqızının poeziya gecəsi keçirilib FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.

Mahirə xanımın Qərbi Azərbaycan İcmasının fəaliyyətində çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.

Çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.

Müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şair Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şeirinə musiqi bəstələnib.

Mahirə Nağıqızının “Ana dilim” şeiri möhtəşəmdir:

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm -babam amanatı, ana dilim.

Orxonlardan üzü bəri yazın qalıb,

Altaylardan Balkanlara izin qalıb,

Çox dillərdə rəddin qalıb, rizin qalıb,

Qurdnan görər qiyamatı ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

Ucsuz qıpçaq çöllərindən havalandın,

Qədim oğuz ellərindən havalandın,

Qopuzumun tellərindən havalandın,

Sənlə atdım qaramatı, ana dilim,

Dədəm -babam amanatı, ana dilim.

Müasir Azərbaycan poeziyanın görkəmli nümayəndəsi Mahirə Nağıqızının şeirlərində forma məzmunu tamamlayır. Bu kontent şairin şer formalarını seçməsindən asılı olmayaraq dərhal diqqəti çəkir. Mahirə xanımın yazdığı Azərbaycan lirik xalq şeiri forması olan bayatıları bu janrı yenidən ədəbiyyat məkanında canlandırır.

Ev nədi, tikən bilər,

Bağ nədi, əkən bilər.

Vətən, sənin qədrini

Qəhrini çəkən bilər.

Onun “Ana dilim” şeirindəki dilə olan sevgisi bütün yaradıcılığının nüvəsini təşkil edir. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990-cı il) Oktavio Pas gözəl deyib: “İndiki zamanda qalmaq üçün şeir tarixdə təcəssüm olunaraq aramızda yaşamalıdır. İnsan yaradıcılığının hər bir məhsulu kimi poeziya da tarixin yetişdirməsidir, zamanın və məkanın meyvəsidir. Amma o, həmçinin tarixdən əvvəlki zamana-başlanğıcın başlanğıcındakı zamana kök ataraq tarixin sərhədlərini dəf edir.” Mahirə Nağıqızının “Ana dilim” şeiri də daxil olmaqla bütün şeirləri O, Pasın yazdığı məzmunu ehtiva edir.

Etibar Əliyev

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri