Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub

Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Muğam Mərkəzində aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, COP29-a həsr olunmuş konsertlər çərçivəsində təşkil edilən gecədə Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev aşıq sənətinin inkişafı və müasir günümüzdə tədrisi ilə bağlı düşüncələrini bölüşüb. Bildirib ki, aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki vacib əsaslarındandır: “Bu gün aşıq sənəti də qədimliyi qorumaqla yeniliklərə açıq olmalıdır. Aşıq musiqisi müasir musiqi ənənələrini özündə cəm edərək, keçmişi qoruyaraq müasir ifaçılıq məktəbi yaratmalıdır. Bu da zəngin aşıq məktəbimizin dünyada tanıdılmasına imkan yaradar. Əbəs deyildir ki, dahi Üzeyir bəy hələ ötən əsrin əvvəllərində öz yaradıcılığında aşıq musiqisinə müraciət etmişdi. Mədəniyyətin bütün sahələrinə olduğu kimi, aşıq sənətimizə də dövlətimizin böyük diqqət və qayğısı var. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Bu gün həm orta ixtisas musiqi məktəbləri, həm də ali musiqi təhsilində aşıq sənətinə gənclərin marağının şahidiyik”.

Çıxışdan sonra Mübariz Əliyev və tələbələrinin ifasında konsert təqdim olunub. Proqramda görkəmli bəstəkar Süleyman Ələsgərovun “Aşıqvari” əsəri, “Hicran kərəmisi”, “Koroğlu” kompozisiyası, “Badamı şikəstəsi”, “Baş müxəmməs” kimi sevilən aşıq musiqisi nümunələri səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see210

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see123

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri