Icma.az
close
up
RU
Beynəlxalq münasibətlərdə yeni hədəflər

Beynəlxalq münasibətlərdə yeni hədəflər

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Somali Federativ Respublikasının Prezidentinin səfəri iki ölkə arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Dövlətlər arasında imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə hüquqi əsas olacaq və münasibətləri daha yüksək səviyyəyə qaldıracaq.

Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.
Dövlətimizin başçısı vurğuladı ki, Somali Federativ Respublikası və ölkəmiz arasında münasibətlərin inkişafında müzakirə edilən ən vacib məsələlərdən biri təhsil sahəsidir. Artıq bu sahədə ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Əldə edilmiş razılaşmaya əsasən Somalidən olan tələbələrin Azərbaycan universitetlərində müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Azərbaycan Prezidenti, həmçinin bildirdi ki, müdafiə sahəsi əməkdaşlığımızın mühüm sahələrindən biridir. Ölkəmiz müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm ölkəmizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı iki ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biri olacaq.
Cənab İlham Əliyev dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini də vurğulayıb. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri zamanı imzalanmış razılaşmalardan biri məhz bu sahəni əhatə edir. Ölkəmizdə artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dövlət başçısı diqqətə çatdırıb ki, ASAN dövlət xidmətləri sisteminə ən mühüm mükafat Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu da onu göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Ölkəmiz Somali Federativ Respublikasında oxşar sistemi qura bilər.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see258

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see257

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see249

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see247

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see243

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see232

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see229

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see225

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see223

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see217

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see215

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see214

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see202

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see199

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see195

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see192

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see192

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see191

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see177

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri