Beynəlxalq narkotik kartelinə qarşı genişmiqyaslı əməliyyat keçirilib
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
əməliyyat zamanı təxminən 5,5 milyard avro dəyərində 73 ton kokain müsadirə edilib
Almaniya, İspaniya və Ekvadorda beynəlxalq narkotik kartelinə qarşı genişmiqyaslı əməliyyat keçirilib və bu əməliyyat zamanı təxminən 5,5 milyard avro dəyərində 73 ton kokain müsadirə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Almaniyanın Baden-Vürtemberq əyalətinin Kriminal Polis Departamentindən bildirilib ki, narkotik Ekvadorun Quayakil limanından konteynerlərdə Avropaya gətirilib. Narkotiklərin daşınması üçün cinayətkar qrup öz ticarət və nəqliyyat şirkətlərini yaradıb və narkotiklərin bütün Avropaya çatdırılması üçün sürücüləri işə götürüb.
"Almaniya və İspaniyadakı kriminal qruplar narkotiklərin Avropada logistika və paylanması ilə məşğul olublar", - müstəntiqlər qeyd ediblər.
Ekvadorda “Grupo Especial Móvil Antinarcóticos” (GEMA) xüsusi təyinatlı dəstəsi ölkənin ən böyük limanında 50 binada axtarışlar aparıb. Bundan əlavə, kartel üzvü olduğu iddia edilən 36 nəfər həbs edilib. Alman müstəntiqləri və gömrük işçiləri əməliyyatı real vaxt rejimində idarəetmə mərkəzindən izləyiblər.
Eyni zamanda, Almaniya və İspaniyada çirkli pulları yuyan və ön şirkətlər vasitəsilə qaçaqmalçılıq təşkil edən 14 şübhəli həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Mart 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















