Icma.az
close
up
RU
“Darknet”də nəhəng narkotik platformasına qarşı genişmiqyaslı əməliyyat keçirilib

“Darknet”də nəhəng narkotik platformasına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 17 iyun, AZƏRTAC

Almaniya Federal Cinayət İdarəsi (BKA) və Frankfurt Prokurorluğu “Darknet”də fəaliyyət göstərən ən böyük cinayətkar ticarət platformalarından olan “Archetyp Market”a qarşı genişmiqyaslı beynəlxalq əməliyyat aparıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla xəbər verir ki, beynəlxalq kordinasiya şəraitində keçirilən əməliyyata cəlb edilən 300-dən çox əməkdaş Avropa İttifaqı üzvü olan bir neçə ölkədə 25 axtarış tədbiri həyata keçirib.

Ümumi dövriyyəsi 250 milyon avro təşkil edən platformanın administratoru olan 30 yaşlı Almaniya vətəndaşı Barselonada saxlanılıb. Platformanın fəaliyyətində istifadə edilən server Niderlanddakı bir məlumat mərkəzində polis tərəfindən söndürülüb. “Archetyp Market”in moderator və satıcısı olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar Rumıniya, İsveç və Almaniyada həyata keçirilib. İsveçdə yeddi nəfər şübhəli şəxs qismində saxlanılıb.

Axtarış aparılan ünvanlarda onlarla mobil telefon, kompüter, yaddaş daşıyıcıları və ümumi dəyəri 7,8 milyon avro olan əmlak müsadirə edilib.

“Archetyp Market” platformasında əsasən amfetamin, kannabis, fentanil, heroin və kokain kimi narkotik vasitələrin ticarəti aparılıb. Platformada təxminən 17 min satış elanı, 612 min istifadəçi hesabı və 3,2 min satıcı qeydiyyatda olub. Ödənişlər “Monero” adlı kriptovalyuta ilə həyata keçirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 04:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see226

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see191

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see176

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see170

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see167

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see150

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see146

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see136

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see123

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri