Icma.az
close
up
RU
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi sabahdan bağlanır

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi sabahdan bağlanır

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Hökumətinin qərarına əsasən, 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayacaq.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib.

Bildirilib ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.

“Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik. 1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək etmiş, zərər çəkmiş insanlara psixososial dəstək göstərmiş, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirmiş və mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirmişdir. BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərmişdir. Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin və onlarla rəftarın monitorinqini aparmış, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik”, – qeyd edilib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri