Beynəlxalq Qızıl Xaç Komitəsinin maşın karvanı israilli girovları təhvil almaq üçün yola çıxıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İsraildə fələstinli məhbusları təhvil vermək üçün avtobuslara mindirirlər, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşın karvanı onları təslim alacağı yerə yola çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi öz mənbəsinə istinadla yayıb.
"Qəzzada BQXK-nın maşın karvanı israilli girovları təhvil alacağı yerə doğru irəliləyir. Fələstinli məhbusları həbsxanalarda avtobuslara mindirirlər", - deyə o bildirib.
Daha əvvəl Fələstinin HƏMAS hərəkatı sülh sazişi çərçivəsində azad ediləcək 20 israilli girovun siyahısını dərc edib.
Bildirilib ki, daha sonra "Əl Əqsa" telekanalı girovların ilk dəstəsinin BQXK əməkdaşlarına təhvil verildiyi barədə məlumat yayıb. Məlumata görə, girovların ilk dəstəsi yeddi nəfərdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















