Icma.az
close
up
RU
Beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb

Beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb. Sənəd ümumilikdə 3 məqsəd, 4 hədəf, 30 prioriteti özündə ehtiva edir”. SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkədə inkişafı istiqamətində addımlar atılıb: “Belə ki, xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb.

Ən böyük uğurlarımızdan biri kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan, 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital” brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyəm.

Bundan əlavə, yüksək nailiyyətlərimizdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsidir”.

İcraçı direktor əlavə edib ki, beynəlxalq müstəvidə uğurlardan biri isə TƏBİB tabeli müvafiq tibb müəssisələrinin Ümumdünya İnsultla Mübarizə Təşkilatının sertifikasiyasından keçirilməsi prosesi ilə əlaqədar müvafiq işlərə başlanılmasıdır: “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” və eləcə də “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı”na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri