İlham Əliyev Türkiyəyə getməyəcək
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Axar.az Report-a istinadla xəbər verir ki, oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















