Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Beynəlxalq səviyyədə Azərbaycan nümunəsi

Beynəlxalq səviyyədə Azərbaycan nümunəsi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində keçirilən növbəti bələdiyyə seçkiləri uğurla baş tutub

Yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri uğurla baş tutub. Bu, müstəqil Azərbaycanın tarixində ölkənin bütün ərazisində keçirilən ilk bələdiyyə seçkiləridir. İkinci Qarabağ müharibəsinədək olan dövrdə işğal faktına görə seçkiləri ölkənin bütün ərazisində keçirmək mümkün olmurdu. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra 2024-cü il fevralın 7-də ilk olaraq əhəmiyyətinə görə daha mühüm önəm daşıyan  prezident seçkiləri suveren Azərbaycanın bütün ərazisində baş tutdu. Qələbələrimizin əsas memarı olan İlham Əliyev həmin seçkilərdə səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq növbəti dəfə Prezident seçilib. Həmçinin ötən il sentyabrın 1-də Milli Məclisə seçkilər də uğurla baş tutdu. Bundan sonra növbə bələdiyyə seçkilərinə çatdı.

Bütün dairələrdə seçkilər normal keçib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.

Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında - saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib. Bütövlükdə, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdə?indən qısa müddətdə çox yüksək səviyyədə gəliblər.

Yüksək seçici fəallığı

Bələdiyyələr bilavasitə seçicilərə yaxınlığı baxımından idarəetmənin çox mühüm həlqəsini təşkil edir. Buna görə də Azərbaycan cəmiyyətində  yerli özünüidarəetmə orqanlarına seçkilərə böyük maraq olub. Bunu yanvarın 29-da müşahidə edilən ab-havadan da görmək mümkün idi. Paytaxtda və regionlarda insanlar sübh tezdən seçki məntəqələrinə gəlib seçdikləri namizədlərə səs verməyə tələsirdilər.

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində seçici fəallığı ilə bağlı son statistik məlumatları açıqlanıb. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 29 yanvar  saat 19:00-a olan məlumata görə, seçicilərin 31,45 faizinin ( 1 milyon 874 min 810 nəfər) səs verdiyini bildirib. İlkin məlumatlara əsasən, bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində müşahidə olunub. Bu seçki dairəsində 49 min 795 seçicidən 19 min 172 nəfəri (38,50 faiz) səsvermədə iştirak edib. Həmçinin lider namizədlər də müəyyənləşdirilib. Onların siyahısı Mərkəzi Seçki Komissiyasının saytında  yerləşdirilib.

Bələdiyyə seçkiləri müasir tələblərə uyğun təşkil edilib

Müasir dövlət kimi inkişaf edən Azərbaycanda  prezident və parlament seçkilərində olduğu kimi, bələdiyyə seçkilərində də şəffaflığın təmin edilməsi əsas meyardan biri kimi müəyyənləşdirilib. Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub. Eyni zamanda,  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev seçkilərdən öncə komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, veb-kameraların quraşdırılması istiqamətində reallaşdırılan  hazırlıq işləri ilə tanış olublar. Bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib. Sözügedən fəaliyyəti həyata keçirən mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib. Vurğulandığı kimi, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub. Ölkəmizin seçki praktikasında uzun illərdir müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişinin internet üzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən, habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç bir qeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır. Müxtəlif kateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asan iştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə biliblər. Məzahir Pənahovun sözlərinə görə, bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ olub. Onların sırasına media nümayəndələri daxil deyil. O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib.

Daha böyük bələdiyyələr - daha səmərəli nəticələr

Yanvarın 29-da bələdiyyə seçkiləri aparılan islahatların şərtlərinə əsasən keçirilib. İslahat tədbirləri sırasında kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə daha böyük yerli özünüidarəetmə orqanlarının formalaşdırılmasının önəmini xüsusi qeyd etmək istərdik. Bu, idarəetmənin səmərəliliyinin artırılması, həmçinin vəsaitlərə qənaət edilməsi baxımından çox önəmlidir.  Müvafiq  qanunlara edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endirilib. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın bələdiyyə hüquqi statusunu itirmiş olacaq.

Azərbaycanda bələdiyyələrin yeni tərkibinin ilk iclasının keçirilməsi və sədrinin seçilməsi ilə bağlı qaydalar da təsdiqlənib. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilən dəyişikliyə əsasən mümkün olub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müvafiq dəyişikliyin əks olunduğu qanunu imzalayıb

Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see361

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see273

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see246

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see245

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see231

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see209

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see194

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see194

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see193

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see192

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see189

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see183

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see181

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see180

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see179

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

14 Sentyabr 2026 18:44see175

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see171

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see170

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see163

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri